Türkiyə onları Bakıya gətirən təyyarəyə yol vermədi Kan
Icma.az, Axar.az saytına istinadən bildirir.
İsrail və Türkiyə Azərbaycanda keçirilən danışıqlar zamanı Suriyada aralarındakı gərginliyin qarşısını almaq üçün razılığa gələ bilməyib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“İsrail və Türkiyənin Suriyada aralarındakı qarşıdurmaların qarşısını almaq üçün mexanizm üzərində razılığa gəlməyə çalışdıqları danışıqların bu il aprelin 12-dən 19-na təsadüf edən yəhudilərin Pasxa bayramından sonra davam edəcəyi gözlənilir. Eyni zamanda, Ankara Azərbaycana İsrail nümayəndə heyətini aparan İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Türkiyə hava məkanından keçməsinə icazə verməyib və onu Qara dəniz üzərindən Türkiyənin qərbinə uçmağa məcbur edib”, - qeyd olunub.
Xatırladaq ki, aprelin 10-da İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Türkiyənin Azərbaycandakı nümayəndələri ilə birbaşa danışıqlar faktını təsdiqləyib. İsrail tərəfi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Baxış sayı:62
Bu xəbər 11 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















