Icma.az
close
up
RU
Türkiyə parlamentinin sədri: Suriyada terrorçuluğun kökünün kəsilməsi bütün regionun maraqlarına cavab verir

Türkiyə parlamentinin sədri: Suriyada terrorçuluğun kökünün kəsilməsi bütün regionun maraqlarına cavab verir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara terror təşkilatlarının artıq fəaliyyət göstərməyəcəyi Suriyanın tərəfdarıdır. Terror təhlükəsinin aradan qaldırılması bütün regionun, o cümlədən Türkiyənin maraqlarına uyğundur.

AZƏRTAC xəbər verir ki, bu barədə Ankarada bazar ertəsi ölkə parlamentinin plenar iclasını açan Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

Kurtulmuş qeyd edib ki, Suriya xalqı öz haqları uğrunda mübarizəni davam etdirərək uzun onilliklər ərzində “Baas” rejiminin diktaturasından zülm çəkib.

Parlament sədri vurğulayıb ki, Türkiyə Suriyadakı prosesləri öz milli maraqları prizmasından qəbul edir, qonşu ölkədə azad və demokratik bir cəmiyyət qurulacağına ümid edir.

“Ankara bu prosesə hər cür dəstəyi verməyə hazırdır”, - deyən Kurtulmuş Suriyanın ərazi bütövlüyünü Türkiyənin “prioritetlərindən biri” adlandırıb. Onun sözlərinə görə, Yaxın Şərq regionu parçalanma deyil, əməkdaşlıq, inteqrasiya və qüvvələrin birliyi mərkəzinə çevrilməlidir.

“Qonşu Suriyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması həm Suriya xalqının, həm də Türkiyənin maraqlarına uyğundur. Biz, həmçinin Suriya ərazisinin terrorçulardan tam təmizlənməsinin tərəfdarıyıq”, - deyən Türkiyə parlamentinin sədri terror təşkilatlarını regionda sabitliyi pozmağa çalışan qüvvələrin əlində “alət” adlandırıb.

Kurtulmuş Türkiyənin Suriyada yeni hökumətlə yaxından əməkdaşlığa, eləcə də Türkiyə, Livan və İordaniyadan olan qaçqınların onlara layiq və təhlükəsiz şəkildə qayıtması üçün şəraitin yaradılmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see160

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see145

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see144

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see135

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see123

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see123

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see122

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see120

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see119

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see118

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see118

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see117

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see116

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see115

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see114

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see114

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see113

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see113

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see112

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri