Türkiyə pavilyonunun açılışından Fotolar
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) ilk günü Türkiyə pavilyonunun açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, Mavi Zonada keçirilən açılışda Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xəzinə və maliyyə naziri Mehmet Şimşek, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edib.
M.Kurum COP29-un Azərbaycanda əhəmiyyətindən danışıb: “Bu sammitə Türkiyə geniş nümayəndə heyəti ilə qatılıb. Sammit çərçivəsində ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəsini, layihələrimizi, strategiyalarımızı bütün dünya ilə bölüşəcəyik. Hazırkı COP29-un çox böyük önəmi var, çünki bu tədbir Azərbaycanda təşkil olunur”.
Daha sonra qırmızı lent kəsilib, qonaqlar məkanı gəzərək pavilyonla tanış olublar.
Gülnar Əliyeva
Fotolar: Pərvin Zeynal





Baxış sayı:127
Bu xəbər 11 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















