Icma.az
close
up
RU
Türkiyə prezidenti İrəvana gəldi, Ermənistan rəhbəri… Bayrağımız stadiondan niyə yığışdırıldı?

Türkiyə prezidenti İrəvana gəldi, Ermənistan rəhbəri… Bayrağımız stadiondan niyə yığışdırıldı?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.


Türkiyədə baş verən olaylarla bağlı bir şeyi də deyim. Xüsusən gənclər yadda saxlasın. Prosesin mahiyyətinə varmadan Azərbaycan üçün önəmli olan məqamı vurğulayacam.

Türkiyə demokratik bir ölkədir. Bu gün Türkiyədə AKP-MHP İttifaqı iqtidardadır. Sabah, (sabah sabah da ola bilər, 3 il sonra da) Türkiyədə xalq CHP-ni iqtidara gətirə bilər. Və bu ehtimal son dərəcə realdır.

CHP-nin iqtidara gəlməsi ilə Türkiyə-Azərbaycan münasibətlərində ciddi sarsıntılar yaşanacaq. Əlbəttə, Ankara Büyükşehir Belediye Başkanı Mansur Yavaş prezident olsa, Türkiyə-Azərbaycan münasibətlərində elə bir geriləmə olmayacaq. Niyə? Çünki Mansur Yavaş MHP keçmişi olan birisidir. Yadınızdadırsa, son mitinqlərin birində o, separatçı kürdlərin qaldırdığı bayrağı “çır-çındır” adlandırdı. Yəni bu adam bütün varlığı ilə millətçidir. Bir türk millətçisindən isə Azərbaycana qətiyyən ziyan gəlməz. Azərbaycanın Türkiyədə bir sadiq dostu var, o da MHP-dir. Hə, AKP də bizimlə indi dostdur, sayın Ərdoğan bizə hər alanda dəstək verir, ancaq sabah AKP-nin başına başqa birisi keçsə, vəziyyət dəyişə bilər. Ancaq MHP-nin başına kim keçirsə keçsin, MHP həmişə Azərbaycan deyəcək, Türkistan deyəcək…

Niyə dedim ki, “AKP də bizimlə indi dostdur”? Çünki 2009-cu il oktyabrın 10-da ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Ermənistan və Türkiyə arasında Sürix protokolları imzalandı. İlham Əliyevin qətiyyəti olmasaydı bu protokollar Türkiyə parlamentində də təsdiq olunacaqdı. Düşünə bilirsizmi, təkcə Azərbaycanın maraqlarını heçə saymırdı, həm də öz dövlət maraqlarını ermənilərə qurban verirdi. İnamırsız? Protokolların konstitusiyaya uyğunluğunu təsdiqləmək üçün Ermənistan Konstitusiya Məhkəməsi qərar verdi. Rəsmən dedi ki, həmin protokollara əsasən Ermənistan 1915-ci ildə erməni soyqırımının dünya miqyasında tanınmasına çalışmaqda davam edir; ikincisi, Türkiyə ilə yeni müqavilə ilə Ermənistan-Azərbaycan münaqişəsi arasında hər hansı əlaqəni rədd edir. Üçüncüsü və ən əsası, o bəyan edib ki, protokolların icrası Qars müqaviləsi ilə müəyyən edilmiş mövcud Türkiyə-Ermənistan sərhədinin Ermənistan tərəfindən rəsmən tanınması demək deyil. Yəni Türkiyə-Ermənistan sərhədi Ermənistanın xeyrinə dəyişə bilər. Və AKP iqtidarı özündə Türkiyəyə qarşı (hələ Azərbaycanı demirəm) son dərəcə böyük təhlükələri ehtiva edən protokolları Türkiyə parlamentində təsdiq etmək istəyirdi.

2009-cu ilin oktyabrında Bakıdakı Şəhidlər Xiyabanının yaxınlığındakı “Şəhidlər” məscidinin qarşısında dalğalanan Türkiyə bayraqları yığışdırıldı. Niyə? Ermənistan prezidenti Serj Sarkisyan ilə Türkiyə prezidenti Abdulla Gül arasında “futbol diplomatiyası” vüsət almışdı. Abdulla Gül İrəvana gəldi, Serj Sarkisyan isə Bursaya gəldi. Bursada, yəni Türkiyədə ermənilərə xoş gəlmək üçün türk polisi stadiona gətirilən Azərbaycan bayraqlarını yığıb nümayişkaranə şəkildə zibil qablarına dürtdü. Biz isə Türkiyə bayrağına belə həqarət sərgiləmədik, abırlı şəkildə yığışdırdıq…
Hə, sonra Tayyib Ərdoğan erməni söhbətini büküb bir tərəfə atdı. Ancaq kimsə təminat verə bilməz ki, Türkiyəni hansısa növbəti prezidenti Azərbaycana qarşı belə yaramazlıq etməyəcək…

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyənin prezident olsa, mənim baxışıma görə, bu ehtimal o qədər də yüksək deyil, onda yuxarıda vurğuladığım sarsıntılar ən kəskin şəkildə ortaya çıxacaq. Niyə mən bunu arxayınlıqla deyirəm? Görünən kəndə nə bələdçi, deyiblər…

Bir daha deyirəm, CHP etnik, dini və çinsi azlıqlara istinad edən bir partiyadır. Ona görə də CHP-nin iqtidar olması Ermənistanın işinə yarıyacaq. Müvafiq olaraq Azərbaycan-Türkiyə münasibətləri isə tənəzzül dövrünə qədəm qoyacaq.

Düzdür, CHP-nin anti-Azərbaycan siyasətinə Türkiyədə ciddi təpkilər olacaq. Ancaq bu, situasiyanı dəyişməyəcək.

Sözümün canı o ki, Azərbaycan Türkiyəsiz zamanlara indidən hazırlaşmalıdır.

Nikol Paşinyan tez-tez deyir ki, Ermənistanın ən böyük səhvi o oldu ki, biz yalnız və yalnız Rusiyaya güvənərək yaşadıq. Rusiya Ermənistanın arxasından çəkiləndə isə yaman günə qaldıq. Mən heç istəməzdim ki, Azərbaycan da nə vaxtsa qardaş deyib bağrımıza basdığımız Türkiyədən bir daha belə bir etibarsızlıq görsün. Ancaq bu gün Türkiyədə baş verən proseslər sübut edir ki, qardaş ölkədə yaxın gələcəkdə Azərbaycanın, eləcə də bütün Türk dünyasının maraqlarına qətiyyən cavab verməyən bir zehniyyət iqtidara gələ bilər.

Zatən Türkiyədə liberal dəyərlərə söykənən Süleyman Dəmirəlin prezidentlik dönəmini gördük. Ermənilər bizi Kəlbəcərdən qovanda arvad-uşağı çıxarmaq üçün Elçibəyə 2 helikopter belə vermədi. Əkrəm İmamoğlu da verməyəcək. Çünki bunlarda milli damar yoxdur. Süleyman Dəmirəl “kardeş Azerbaycan” deyə-deyə bizi yola verdi, ermənilər də torpaqlarımızı işğal etdi.

Ermənilər heç, bundan sonra biz Ermənistanla özümüz də bacararıq. Ancaq Azərbaycana İran təhlükəsi də var. Bu gün bu təhlükə o qədər də böyük görünmür. Çünki Türkiyə faktoru İrana belə bir fürsət tanımır. Ancaq Türkiyə Azərbaycanın yanında olmasa, bölgədə qüvvələr nisbəti böyük ölçüdə dəyişir…
Təbii ki, CHP zehniyyəti ilə Türk Dünyası, Turan düşüncəsi daban-dabana ziddir. CHP üçün LGBT kimi məsələlər daha aktualdır…

Bu kimi amili nəzər alaraq Azərbaycan Türkiyəsiz zamanlara indidən hazırlaşmalıdır. Yəni Azərbaycan Türkiyəyə, daha doğrusu milli yaddaşı olmayan Əkrəm İmamoğlu ya arxayın olub öz gələcəyini təhlükə altına ata bilməz. Bizim siyasi elitamız bu barədə ciddi düşünməlidir.

Gözümüzün qarşısında D.Tramp ABŞ-ın daxili və xarici siyasətini kökündən dəyişdi. Yəni bir adam gözümüzün qarşısında bir ölkənin taleyini dəyişir. Əkrəm İmamoğlu da Türkiyənin başına gəlsə, ciddi dəyişiklilərə gedəcək. Ancaq bu dəyişikliklər Azərbaycanın yox, Azərbaycana düşmən olan qüvvələrin xeyrinə olacaq. Necə ki, D.Tramp Rusiyanın xeyrinə çalışır, eləcə də Əkrəm İmamoğlu Ermənistanın xeyrinə çalışacaq, separatçı kürdlərə, yunanlara dəstək verəcək…

Elbəyi Həsənli, Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see177

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see154

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see146

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see134

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see132

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see131

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see128

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see126

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see126

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see125

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see123

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see121

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see121

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see119

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see119

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see118

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see118

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see117

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri