Icma.az
close
up
RU
Türkiyə Prezidenti: Su ehtiyatlarının idarə edilməsi və mühafizəsi milli təhlükəsizlik məsələsidir

Türkiyə Prezidenti: Su ehtiyatlarının idarə edilməsi və mühafizəsi milli təhlükəsizlik məsələsidir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 18 aprel, AZƏRTAC

Su ehtiyatlarının səmərəli idarə edilməsi və mühafizəsi seçim məsələsi deyil, Türkiyənin milli təhlükəsizliyinin tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən ən böyük irriqasiya tuneli olan “Silvan”ın təməlqoyma mərasiminin iştirakçıları qarşısında çıxışı zamanı ifadə edib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə su ehtiyatları ilə zəngin ölkələr sırasında deyil. O əlavə edib: “Əksinə, Türkiyə üçün su problemi aktualdır. Əgər bu gün lazımi tədbirləri görməyə başlamasaq, sabah ciddi problemlərlə üzləşə bilərik. Ölkəmizin su ehtiyatlarının tükənməsinin qarşısını almaq vacibdir”.

Türkiyə lideri istisna etməyib ki, gələcəkdə dünyada münaqişə və fikir ayrılıqlarının mənbəyi neft və digər təbii sərvətlər deyil, məhz su olacaq.

Türkiyə Prezidenti qeyd edib: “İqlim dəyişikliyi, quraqlıq, əhali artımı və urbanizasiya su ehtiyatı problemlərinə gətirib çıxarır. Su əsrimizin əsas strateji sərvətidir”.

Onun sözlərinə görə, hökumət öz siyasətini ölkədə su potensialı amilinə əsaslanaraq formalaşdırır. Prezident vurğulayıb: “Son 23 ildə Türkiyədə 10,6 mindən çox su təsərrüfatı obyekti istifadəyə verilib. Türkiyənin 1298 su anbarında 50 milyard kubmetr su var, 631 su elektrik stansiyası ölkənin inkişafına töhfə verir”.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, diametri 13,2 kilometr olan “Silvan” kəməri kənd təsərrüfatı sahələrinə saniyədə 212 kubmetr su verməyə imkan verəcək ki, bu da bölgənin kənd təsərrüfatı sektoru üçün güclü təkan olacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri