Icma.az
close
up
RU
Türkiyə rəsmisi Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı xüsusi video müraciət ünvanladı

Türkiyə rəsmisi Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı xüsusi video müraciət ünvanladı

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı xüsusi video-müraciət ünvanlayıb.
Sitat.info xəbər verir ki, Azərbaycan xalqını və media nümayəndələrini təbrik edən Fahrettin Altun video-müraciətdə bildirir: "Mətbuat – cəmiyyətə düzgün, obyektiv və yerində informasiya təqdim edən, demokratiyanın ayrılmaz tərkib hissələrindən biridir. Bu istiqamətdə çalışan media nümayəndələrini biz həqiqətin uca səsi kimi görürük.
Azərbaycan mətbuatı 150 illik zəngin tarixi ərzində təkcə xəbərləri çatdırmaqla kifayətlənməyib, xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub. Həqiqəti əks etdirməyi özünə vəzifə bilən, ədalətli media mədəniyyətinin qorunmasına töhfə verən, etik dəyərlərə və jurnalistikanın prinsiplərinə sadiq bütün media nümayəndələrini təbrik edirəm".
Türkiyə rəsmisi bildirib ki, dezinformasiyanın zirvəyə çatdığı bir dövrdə düzgün məlumatı cəmiyyətə çatdırmaq məsuliyyəti ilə fəaliyyət göstərən Azərbaycan mətbuatının həqiqət uğrundakı mübarizəsinə verdiyi töhfədən böyük məmnunluq duyur: "Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolculuğu bu gün böyük uğurla davam edir.
Xüsusilə 2-ci Qarabağ Müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və sistematik dezinformasiya cəhdlərinin qarşısını almaq baxımından göstərdiyi uğur üçün Azərbaycan mediasına təşəkkür edirəm. Siz haqlı mübarizənizi canfəşanlıqla müdafiə etməklə yanaşı, eyni zamanda həqiqətin də sözçüsü oldunuz.
Türkiyə olaraq biz də bu müddətdə həqiqət uğrundakı mübarizənizə əlimizdən gələn qədər böyük səy göstərərək dəstək verdik. Beynəlxalq ictimaiyyətin yalan, qurğu məhsulu məzmun və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldıq. Beləliklə, hər sahədə olduğu kimi, ünsiyyət və media sahəsində də Türkiyə-Azərbaycan birliyinin yaratdığı gücü bir daha nümayiş etdirmiş olduq.
Bildirmək istərdim ki, ölkələrimiz arasında kommunikasiya və media sahəsində mövcud olan güclü tarixi bağlar və ortaq dəyərlər çərçivəsində həyata keçirdiyimiz əməkdaşlığın praktik nəticələrini görürük və bu bizi son dərəcə məmnun edir.
Bakı-İstanbul arasında düz 150 il əvvəl başlayan media sahəsində əməkdaşlıq, 10 dekabr 2020-ci il tarixində Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə imzalanmış “Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlıq Memorandumu” ilə taçlandırılıb.
Türkiyə-Azərbaycan Media Platforması da kommunikasiya və media sahəsində Azərbaycan ilə əməkdaşlığın, eləcə də Türk dünyası ilə əlaqələrin inkişafı baxımından son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan, ortaq tarix, mədəniyyət, dil və kimlik təməlləri üzərində qurulmuş bənzərsiz münasibətlərə malik iki dövlətdir. Münasibətlərimiz “İki Dövlət, Tək Millət” şüarı ilə kommunikasiya sahəsindən tutmuş enerji, logistika və müdafiə sənayesinə qədər bütün sahələrdə yalnız ortaq maraqlara deyil, ortaq bir gələcəyə yönəlmiş məzmun daşıyır.

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev, qardaşlıq hüququ çərçivəsində ən yüksək səviyyədə nümayiş etdirdikləri güclü iradə və əməkdaşlıq vizyonu ilə ortaq gələcək hədəfini addım-addım inşa edirlər.
Bu hədəfin reallaşması üçün biz də kommunikasiya və media sahəsində münasibətlərimizi və əməkdaşlığımızı daha da inkişaf etdirərək dəstək veririk".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri