Icma.az
close
up
RU
Türkiyə Roma Papasının səfəri ərəfəsində xristianlığın ən qədim abidəsinin təqdimatına hazırlaşır

Türkiyə Roma Papasının səfəri ərəfəsində xristianlığın ən qədim abidəsinin təqdimatına hazırlaşır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 oktyabr, AZƏRTAC

Türkiyənin şimal-qərbindəki arxeoloqlar erkən xristianlığın ən mühüm yığıncaqlarından biri olan Birinci Nikeya Şurasının 1700-cü ildönümünü qeyd etmək üçün bu ilin sonunda Papa XIV Leonun ziyarəti üçün İznik gölündə batmış qədim bazilikanı təqdimata hazırlayırlar.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Bursa vilayətində gölün sahilindən təxminən 20 metr aralıda yerləşən bazilikanın əsas teoloji mübahisələri həll etmək üçün xristian dünyasının yepiskopları ilə 325-ci ildə toplanan Birinci Şuranın məhz bu ərazidə keçirildiyi güman edilir. Bu qədim abidə 11 il əvvəl iki metrə qədər dərinlikdə aşkar edilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazə verdiyi sualtı qazıntılar 2015-ci ildən Bursa Uludağ Universitetindən Mustafa Şahinin nəzarəti və Bursa şəhər bələdiyyəsinin dəstəyi ilə davam etdirilir. Burada 60 nəfərdən ibarət arxeoloq, antropoloq, bərpaçı və sənət tarixçilərindən ibarət bir qrup Papanın 28-30 noyabr tarixləri arasında planlaşdırılan səfəri üçün ərazini hazırlamaq üçün çalışır.

Ölçüsü 40 metr olan bazilika İznikin ən böyük məlum kilsəsi hesab olunur. M.Şahinin sözlərinə görə, sübutlar bu quruluşun uzun müddətdir ki, xristian mənbələrində istinad edilən, lakin indiyə qədər təsdiqlənməmiş Müqəddəs Atalar Kilsəsi olduğunu göstərir. Bu iddia alimlər arasında getdikcə daha çox qəbul edilir.

Onun sözlərinə görə, Papa Leonun səfəri İznik (tarixdə Nikea kimi tanınan) xristian ziyarəti və inanc turizmi üçün mühüm mərkəzə çevrilməsinə kömək edə bilər. Bazilika ilk dəfə Müqəddəs Neofitoya həsr olunmuş ibadətgah kimi tikilib, 358-ci ildə zəlzələ nəticəsində dağılıb və 380-ci ildən sonra yenidən inşa edilib.

Vatikanın verdiyi məlumata görə, Papa XIV Leonun İznikə planlaşdırılan səfəri onun papalıq vəzifəsinə keçdikdən sonra ilk xarici səyahəti olacaq, bundan sonra Pontifikin Livana gedəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri