Icma.az
close
up
RU
Türkiyə S 400 ləri Suriyaya versə nə baş verəcək?

Türkiyə S 400 ləri Suriyaya versə nə baş verəcək?

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Rusiyadan 2,5 milyard dollara aldığı S-400-lərin Suriyaya qrant kimi göndərilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Suriyaya S-400-ləri təhvil vermə planı Vaşinqtonda reaksiya ilə qarşılanıb. ABŞ Konqresində demokratlar bu prosesi hərbi risk kimi qiymətləndiriblər. 

ABŞ qanunvericiləri bildiriblər ki, sistem Suriyada yerləşdirilərsə, İsrailin bölgədəki “keyfiyyətcə hərbi üstünlüyü” sarsıdılacaq. Onlar iddia ediblər ki, S-400-lərin Suriyanın qərbində yerləşdirilməsi İsrailin İranın dəstəklədiyi silahlı qruplaşmalara və "Hizbullah"a qarşı hava hücumlarını da dayandıracaq. Bu vəziyyətin təkcə Türkiyə-ABŞ münasibətlərini deyil, İsraillə olan incə balansı da təhdid edəcəyi vurğulanıb.

Başqa bir böyük narahatlıq silahların kimin nəzarətində olacağıdır.

Bildirilir ki, sistem türk personalının nəzarətində qalsa, İsraillə birbaşa münaqişə riski arta bilər. Lakin nəzarət Suriyada hakimiyyətə gələn fundamentalist Əhməd əl-Şaara rejiminə keçərsə, bu, həm də problemlər yarada bilər. Vaşinqtonda adı açıqlanmayan ABŞ rəsmiləri deyirlər ki, hər iki ssenari “xaotik nəticələrə” gətirib çıxaracaq.

Ötən günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin aldığı S-400-lərdən danışıb. Lavrov müqavilənin “son istifadəçi sertifikatını” ehtiva etdiyini və üçüncü ölkəyə göndərilsə belə, orada istifadə edilə bilməyəcəyini vurğulayıb.

Bildirək ki, Ankaranın 2,5 milyard dollara aldığı S-400-lərin ilk tədarükü 2019-cu ildə edilib.

- S-400-lər bütün növ pilotlu və ya pilotsuz uçuş aparatlarını və ballistik raketləri məhv edə bilir.

- Onun maksimal uçuş məsafəsi 400 km , çata biləcəyi ən yüksək hündürlüyü isə 30 km-dir.

-Eyni anda 80 hədəfi vura bilir.

Türkiyənin Rusiya ilə pisləşən münasibətlərini düzəltmək üçün aldığı S-400-lər problem mənbəyinə çevrilib. Bu addımdan sonra ABŞ Türkiyəni tərəfdaşı olduğu F-35 proqramından çıxarıb. Türkiyə 1 milyard dollar ödədiyi F-35 döyüş təyyarələrini ala bilməyib.  Sonrakı illərdə silah embarqosu səbəbindən Ankara yeni F-16-ları belə ala bilməyib.  

Ankara indiyədək nə Vaşinqtonu razı sala bilib, nə də artıq istifadə etmədiyi S-400-lərdən qurtula bilib. 

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri