Türkiyə Suriyada əməliyyata başladı: TIRları, anbarı və tankları məhv etdi VİDEO
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.
Globalinfo.az xəbər verir ki, MİT Suriyanın Qamışlı şəhərində PKK/YPG-yə məxsus silah-sursatları hədəf alıb.
Terrorçuların Əsəd rejimindən ələ keçirdiyi ağır silah və sursatların olduğu 12 TIR, 2 tank və 2 sursat anbarı məhv edilib.
PKK-çılar qaranlıq hava şəraitindən istifadə edərək, texnikaları TIR-lara yükləyib ərazidən uzaqlaşmağa çalışarkən hədəf alındığı bildirilib.
Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.
MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.
Baxış sayı:98
Bu xəbər 10 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















