Icma.az
close
up
RU
Türkiyə Suriyanı müharibədən xilas etmək istəyib

Türkiyə Suriyanı müharibədən xilas etmək istəyib

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “The Middle East Eye” (MEE) nəşrinin məlumatına görə, “tamamilə məxfi” qrifli sənəddə BMT-nin baş katibi Pan Gi Mun ilə Türkiyənin ovaxtkı xarici işlər naziri Əhməd Davudoğlu arasında 2011-ci il avqustun 16-da keçirilmiş görüşün rəsmi protokolları yer alıb.
Nəşr söhbətin Suriyada vətəndaş müharibəsinin qızğın çağında, Bəşər Əsədin Həma şəhəri ətrafında hökumət əleyhinə artan etirazlara cavab vermək yollarını axtardığı dövrdə baş tutduğunu bildirir. Həmin ilin iyul ayının sonlarında Əsəd etirazları zorakılıqla yatırmağa başlayıb ki, bu da Suriya böhranının kəskinləşməsində əsas amillərdən birinə çevrilib.
Sənədə əsasən, Davudoğlu Pan Gi Muna 2011-ci ilin yanvarında Əsədlə görüşdüyünü və onu islahatlar həyata keçirməyə çağırdığını bildirib.
“Əsəd razılaşdı, lakin heç nə etmədi”, – türkiyəli nazir BMT-nin baş katibi ilə söhbətində deyib.
2012-ci ilin aprelində yenidən Suriyaya səfərə gələn Əhməd Davudoğlu Bəşər Əsədə dərhal həyata keçirilməli olan islahatların siyahısını təqdim edib.
- Prezident razılaşdı və hətta həyata keçirməyi planlaşdırdığı islahatlarla bağlı ictimai bəyanat da verdi, lakin yenə də heç nə etmədi”, – Davudoğlu vurğulayıb.
“MEE”nin məlumatına görə, vətəndaş müharibəsindən əvvəl Türkiyə və Suriya arasında sıx diplomatik əlaqələr mövcud olub və Ankaranın Dəməşqə münasibətdə mövqeyini dəyişməsi aylar çəkib.
Sənəddə qeyd olunur ki, Davudoğlu Həmada Əsədlə altı saatlıq görüş keçirib, bunun 3,5 saatı üzbəüz formatda baş tutub. Nazir müsəlmanların müqəddəs Ramazan ayında Əsədin niyə əhalinin sıx yaşadığı bir şəhərdə hərbi əməliyyata başladığını heç kimin anlaya bilmədiyini vurğulayıb. Suriya lideri isə bu addımını silahlı qrupların bir neçə polis əməkdaşını öldürməsi ilə əsaslandırıb və bunu qoşunların yerləşdirilməsinə bəraət kimi təqdim edib.
Türkiyə XİN-in ovaxtkı rəhbəri təkid edib ki, etimadın bərpasının yeganə yolu beynəlxalq komissiyanın şəhərə buraxılması və əsas islahatların həyata keçirilməsidir. Bu baxımdan, Əhməd Davudoğlu iki ssenari irəli sürüb: ya dəqiq qrafik əsasında islahatlar dərhal həyata keçiriləcək, ya da İraq və Liviya liderləri Səddam Hüseyn və Müəmmər Qəddafi ilə olduğu kimi, qaçılmaz beynəlxalq təcridə aparan mövcud siyasət davam etdiriləcək.
Əsəd əvvəlcə razılaşdırılmış bəzi addımlar ataraq tankları Həmadan geri çəkib və Türkiyə səfirinə vəziyyəti müşahidə etmək imkanı verib. Lakin daha sonra yenidən kursunu dəyişib.
Sənəddə həmçinin qeyd olunur ki, Əsədlə əlaqə saxlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-nin prezident Barak Obamanın administrasiyası onu vəziyyətlə bağlı təcili addımlar atmağa çağırıblar.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Fevral 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri