Icma.az
close
up
RU
Türkiyə Suriyanı terror yuvasından xilas edəcək

Türkiyə Suriyanı terror yuvasından xilas edəcək

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Tramp da bu ölkədə yaşanacaq hadisələrin açarının Türkiyədə olduğunu deyir



Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib, göstərə bilməyib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib. Ərdoğan həmçinin ölkəsinin Suriya ilə əməkdaşlığa hazır olduğunu ifadə edib və Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: “Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”. 

Qeyd edək ki, Rusiya Suriyadan hərbi texnikalarını çıxartmağa davam edir. Rusiya bu dəfə Lazkiyə şəhərindən qüvvələrini çıxarmağa başlayıb. Daşınan silahlar arasında zirehli texnikalarla yanaşı, S-400 batareyaları da olub. Rus qoşunları daha əvvəl paytaxt Dəməşqdən də çıxarılmışdı. ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Suriyada yaşanacaq hadisələrin açarının Türkiyədə olduğunu deyib. Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barədə də danışan Tramp onun çox ağıllı və güclü bir lider olduğunu qeyd edib: “Ərdoğan mənim yaxşı anlaşdığım biridir. O, çox güclü ordu qurdu". 

Tramp Bəşər Əsədin də uşaqlara etdikləri ilə bir qəssab olduğunu qeyd edib. ABŞ-nin BMT-dəki nümayəndəliyinin keçmiş rəhbəri Nikki Heyli də deyib ki, Donald Tramp vəzifə səlahiyyətlərinin icrasına başlayanda etməli olduğu ilk iş türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etməkdir. O, bunu Tramp üçün fürsət kimi dəyərləndirib: "Unutmayın ki, Rusiya-Ukrayna müharibəsində Ərdoğan Kiyevin tərəfindədir. Əgər Tramp İranı zəiflətmək və Ukrayna-Rusiya arasında ixtilafa son qoymaq istəyirsə, ilk növbədə Türkiyə və Ərdoğanla əlaqə qurmalıdır". 

Məlumat üçün deyək ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedərək müvəqqəti hökumətin rəhbərliyi ilə görüşüb. 

Siyasi ekspert Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, Türkiyə Suriyada hakim mövqeyə yüksəlir. Onun sözlərinə görə, MİT rəhbərinin Dəməşq səfəri də bir neçə aspektdən mühüm hadisədir:


"İbrahim Kalın Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra Suriyanı ziyarət edən ən yüksək rütbəli xarici qonaqdır. Bu məsələ Türkiyənin bölgədə nüfuzu və Suriyanın gələcəyinin qurulması yolunda da mühüm əhəmiyyət kəsb edən məsələdir. Kalın Türkiyənin mövqeyini Suriyanın yeni rəhbərliyinin diqqətinə çatdırıb. "Təhrir əş-Şam"ın rəhbərliyi də Ankara ilə münasibətlərə xüsusi önəm verir. MİT rəhbəri Dəməşqə məhz onların dəvəti ilə gəlib. İkinci vacib məsələ Suriyanın yeni rəhbərliyinin özünün əsas müttəfiqi ilə bağlı artıq seçim etməsidir. Əbu Məhəmməd Əl-Colaninin İbrahim Kalınla səmimi münasibəti, onun xidməti avtomobilini şəxsən idarə etməsi Suriyada hakimiyyəti ələ keçirən bu qrupun Türkiyəyə olan rəğbətindən xəbər verir. Ankaranın ilk günlərdən zalım Əsəd rejiminə etirazını bildirərək Suriya xalqının yanında yer alması, minlərlə suriyalı qaçqına qucaq açaraq onları ölümdən xilas etməsi vəziyyəti buralara gətirdi".

Z.Əmralıyevin fikrincə, İbrahim Kalının səfərinin ana mətnini şübhəsiz ki, iki məsələ təşkil edir: "Birincisi, PKK uzantısı olan YPG-PYD qruplarının Türkiyə sərhədləri ətrafında fəallığının artmasıdır. Bu, Ankaranı ciddi şəkildə narahat edir. Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun keçirdiyi əməliyyatla Menbiç və onun ətrafının terrorçulardan təmizlənməsi Türkiyənin mövqeyini xeyli tərəfə möhkəmləndirdi. Ancaq rəsmi Ankara Suriyadan özünə qarşı heç bir təhdid istəmir və ölkənin terrorçu dəstələrdən tamamilə təmizlənməsini istəyir. Bu, "Təhrir əş-Şam" rəhbərliyinin də arzusudur. Paytaxtda mərkəzi hakimiyyəti ələ almış bu qrup ölkədə hansısa "boz zona"nın mövcudluğunu qəbul etmir. Başqa məsələ isə Suriyanın yenidən qurulmasıdır. 13 illik vətəndaş müharibəsi ölkənin tamamilə dağılmasına, ölkənin bütün infrastrukturunun sıradan çıxmasına səbəb olub. Yeni hökumətin əsas problemi məhz ölkənin yenidən qurulması olacaq. Bu işdə Türkiyənin dəstəyi vacibdir. Ankara Türkiyəyə sığınmış suriyalı qaçqınların evlərini təmir edərək onların köçürülməsini həyata keçirə bilər. Eyni zamanda Suriyadan Türkiyəyə dönəcək olan şəxslərdə Ankaranın gücünə güc qatacaq. Onların Türkiyə ilə çox sıx bağı var və faktiki olaraq Suriyada türk dövlətinin ən böyük dəstəkçisinə çevriləcəklər. Suriyada türk lirəsinin əsas ödəniş vasitəsinə çevrilməsi də Ankaranın bu ölkədə tək güc olduğunu ortaya qoyur. Heç təsadüfi deyil ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken məsləhətləşmələr aparmaq üçün Ankaraya gəlir. Avropa ölkələri də Suriya ilə bağlı Türkiyə ilə koordinasiyalı şəkildə çalışırlar. Artıq bütün dövlətlər Türkiyənin Suriyada qeyd-şərtsiz qalib gəldiyini təsdiqləyirlər. Görünən odur ki, Suriyada yeni düzən məhz Ankaranın istəyinə uyğun şəkildə qurulacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2024 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri