Icma.az
close
up
RU
Türkiyə telekanalı: Paris terrorçuları dəstəkləmək yolu ilə Suriyanı zəiflətməyə çalışır AZƏRTAC

Türkiyə telekanalı: Paris terrorçuları dəstəkləmək yolu ilə Suriyanı zəiflətməyə çalışır AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 14 yanvar, AZƏRTAC

Fransa Osmanlı imperiyasının dağılmasından sonra Suriya üzərində əldə etdiyi nəzarəti bərpa etməyə çalışır. Lakin fakt budur ki, regionun reallıqları tamam başqadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “TGRT Haber” xəbər kanalının Suriyada hakimiyyət dəyişikliyinə və Türkiyə ilə Fransa arasındakı münasibətlərdəki gərginliyə həsr olunmuş reportajında deyilir.

Telekanalın qonağı olan Yaxın Şərq üzrə ekspert, Aydın Universitetinin dosenti Yeliz Albayrak Parisin keçmiş müstəmləkələrə və mandatlaşdırılmış ərazilərə hökmranlıq etmək vərdişindən əl çəkə bilməyəcəyini qeyd edib.

“Fransa heç vaxt Yaxın Şərqi tərk etmək istəmədi, müstəmləkə əsaslarını qorumaq üçün əlindən gələni etdi. Bu, Parisin hər böyük layihənin altından “qulaqlarının göründüyü” Suriyada da özünü büruzə verdi”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, bütün bu məsələlər Parisin enerji layihələrində və silah ticarətində fəal iştirak etdiyi bir sıra ərəb ölkələrinə də aiddir.

Ekspert onu da qeyd edib ki, Aralıq dənizi regionunda fəaliyyət göstərən neft-qaz şirkətlərinin əksəriyyəti fransızlara məxsusdur. Ona görə də Aralıq dənizində dəniz zonalarının delimitasiyası məsələsi gündəmə gələn kimi, Paris avtomatik olaraq vəziyyətə müdaxilə edir. “Fransızların məqsədi bəllidir: regionun qaynaqları və ticarət arteriyaları üzərində nəzarəti mümkün qədər genişləndirmək”, -deyə Albayrak bildirib.

Ekspert, həmçinin hər bir zorakı hakimiyyət dəyişikliyinin arxasında Fransanın dayandığı Suriyanın qonşusu Livanı misal çəkib.

Dəməşqdə hakimiyyət dəyişikliyi mövzusuna qayıdan Aydın Universitetinin dosenti belə bir fikir bildirib ki, Paris Suriyada sabitlik istəmədiyi üçün bu ölkənin ərazisindəki terrorçuları dəstəkləyir. Yeliz Albayrak əmindir: “Fransa Suriyanın parçalanmasından və zəifləməsindən faydalanır, bu da fransızların əlini gücləndirir, o cümlədən ticarət sahəsində onlara sərbəstlik verir”.

O, eyni zamanda, Fransanın bir vaxtlar malik olduğu gücə sahib olmadığını qeyd edib, məhz buna görə ABŞ-ın xəbəri və dəstəyi olmadan artıq təkbaşına hərəkət edə bilməyəcəyinə diqqət çəkib.

Ekspert vurğulayıb: “Uzun illər terrorla mübarizədə Dəməşqin fikrinə məhəl qoymayan və eyni zamanda, bəzi qanlı cinayətkar təşkilatlara qarşı mübarizədə onlara dəstək verən Paris və Vaşinqtonun mövqeləri Suriyanın unitar quruluşuna ən böyük maneədir. Paris təhlükəsizlik sahəsində Dəməşqlə əməkdaşlıq etmək istəmir, əslində, terrorizmlə mübarizədən daha çox Suriyada sabitliyi pozmağa çalışır”.

Y.Albayrak rəsmi Ankaranın YPG birləşmələrini (PKK terrorçularının Suriya qanadı - AZƏRTAC-ın qeydi) tərk-silah etmək çağırışını da xatırladıb. “Paris və Vaşinqtonun dəstəklədiyi terrorçular silahlarını yerə qoymasalar, Türkiyə yeni hərbi əməliyyata başlayacaq. Eyni zamanda, Ankara konkret olaraq hansı ölkənin yaraqlıları dəstəklədiyinə də baxmayacaq”, - deyə Aydın Universitetinin müəllimi Türkiyənin xarici işlər naziri Hakan Fidanın müvafiq bəyanatını xatırladıb.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri