Icma.az
close
up
RU
Türkiyə təyyarəsi cəmi 5 saniyəyə parça parça olub

Türkiyə təyyarəsi cəmi 5 saniyəyə parça parça olub

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 11-də Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinin C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan hava məkanında qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir.

Modern.az-ın məlumatına görə, Türkiyə mətbuatı yazır ki, qəza yerində aparılan geniş baxışdan sonra təyyarənin qalıqları xüsusi nəqliyyat vasitələri ilə Türkiyəyə daşınıb.

Təyyarənin qalıqları Türkiyə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kayseri vilayətindəki 2-ci Aviasiya Texniki Xidmət müəssisəsinə təhvil verilib. Burada həm qalıqlar, həm də qara qutudakı məlumatlar araşdırılacaq.

Rəsmi qurumlar hələlik ən önəmli suala - təyyarənin quyruq hissəsinin uçuş zamanı niyə ayrıldığına dəqiq cavab verə bilmirlər. TÜSAŞ şirkətinin ekspertləri qara qutunun məlumatlarını oxumağa davam edir və qəzanın səbəbi yalnız bu araşdırmalardan sonra bəlli olacaq.

Milli müdafiə naziri Yaşar Güler bildirib ki, qara qutunun tam deşifrə olunması və ilkin rəyin hazırlanması iki aya yaxın vaxt tələb edəcək: “İlkin məlumatlara əsasən, əvvəlcə quyruq hissə qopub və sonradan üç yerə bölünüb. Bu, qara qutunun təhlilindən sonra rəsmi şəkildə təsdiqlənəcək”.

Türkiyə mətbuatı hökumət mənbələrinə istinadən yazır ki, təyyarə havada cəmi 5 saniyə ərzində parçalanıb. Quyruq qopduqdan sonra qalan hissələr, burun və qanadlar sürətlə fırlanmağa başlayıb. Güclü vibrasiya burun hissəsinin də ayrılmasına səbəb olub. Aviasiya mütəxəssisləri bildirirlər ki, quyruq hissəsinin qopması təyyarəni tam idarəolunmaz vəziyyətə salır. Videolarda da quyruq hissəsinin təyyarənin orta bölməsindən sonra yerə düşdüyü görünür.

Rəsmi Ankara bildirir ki, qəzanın bütün detallarına qara qutunun tam deşifrə olunmasından sonra aydınlıq gələcək. İlkin rəsmi hesabatın 2026-cı ilin əvvəlində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, qəza nəticəsində 20 hərbçi şəhid olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri