Icma.az
close
up
RU
Türkiyə təyyarəsinin qəzasında qəribə detal Vahabzadənin Gülənə “məktubu”nun sirri açılır

Türkiyə təyyarəsinin qəzasında qəribə detal Vahabzadənin Gülənə “məktubu”nun sirri açılır

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq şairi Bəxtiyar Vahabzadənin 2005-ci ildə Fətullah Gülənə yazdığı iddia olunan məktub üzə çıxıb. Məktubun gündəmə gəlməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. Məktub niyə bu gün üzə çıxdı? Məsələnin aktuallaşmasını kimlər istəyir?

Globalinfo.az-a danışan araşdırmaçı yazar Həmid Herisçi baş verənlərin həqiqətə uyğun olmadığını bildirib.

O deyib ki, hər hansı bir şayiəni yayarkən həmin şəxslər öncədən onu test edirlər:

“Bu cür hadisələri cəmiyyətə təqdim etməzdən əvvəl sınaqdan keçirirlər. Səhv etmirəmsə, təxminən bir ay öncə Türkiyə mətbuatında Bəxtiyar Vahabzadənin adı hallanırdı. Bunun ardınca Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər günü ilə əlaqədar tədbirdə Vahabzadənin şeirini oxudu. Şəhriyarın şeirini səsləndirəndə də ittihamlar başlamışdı. Azərbaycan-Türkiyə-İran münasibətləri anidən gərginləşmişdi”.

Həmid Herisçi

H.Herisçinin fikrincə, Bəxtiyar Vahabzadənin Fətullah Gülənə yazdığı  deyilən məktub saxtadır:

“Hətta deyərdim ki, Zəfər paradında Vahabzadənin şeirini səsləndirdiyi üçün Ərdoğana qarşı təxribat törədilir. Bu, birbaşa Ərdoğanı hədəfə alır. Əgər bu adam Gülənlə məktublaşıbsa, deməli, Ərdoğana qarşı hesablanmış addımdır. Hər kəs bilir ki, Ərdoğanla Fətullah Gülənin münasibəti çox kəskin olub. Buna görə də baş verənləri təxribat hesab edirəm.

Ərdoğan Şəhriyarın şeirini səsləndirəndə bir cür, Vahabzadənin şeirindən sonra başqa cür zərbələrə məruz qaldı. Belə deyək də, məlum olsa ki, bunlar yazışıb, FETO-çu olublar və sair – o zaman Ərdoğan çətin vəziyyətə düşər. Adətən, bu cür zərbələr silsilə şəklində olur. Fikir verin, əvvəlcə Türkiyə təyyarəsi Gürcüstan səmasında qəzaya uğrayır, ardınca da Vahabzadənin “məktubu” üzə çıxır. Görünür, kimdirsə həm aviasistemdə güclüdür, həm də mətbuatda. Bunu Ərdoğana qarşı hazırlanmış planın, təxribatın ikinci seriyası hesab edirəm. Allah bizi 3-cü seriyadan qorusun”.

Qeyd edək ki, sözügedən “məktub”un “Can, qan, din qardaşım, əziz və möhtərəm Fətullah Gülən əfəndi!” müraciəti ilə başladığı bildirilir. Şair Gülənin təşəbbüsü ilə açılan məktəblərin “böyük hörmət və nüfuz qazandığını” qeyd edib, bu müəssisələrin fəaliyyətinə görə minnətdarlığını ifadə edib. Vahabzadə məktubda gələcəkdə türk dilinin dünya miqyasında önəmli yer tutacağına inamını dilə gətirir və bu istiqamətdə Gülən məktəblərinin rolunu vurğulayır.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri