Icma.az
close
up
RU
Türkiyə turizminin ən gözəl yerləri FOTOLAR

Türkiyə turizminin ən gözəl yerləri FOTOLAR

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

700 il öncə Osmanlı dövründə bütün dünya türk adını, mədəniyyətini duymağa başladı. Orta əsrlərdə Avropada “Turquerie-Türköri” Osmanlı rüzgarı əsirdi, artıq bir müddətdir ki, dünya turizmində də “Türk turizmi” cərəyanı yayılmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, indi dünyanın istənilən ölkəsindən Türkiyəyə hər il milyonlarla turist axın edir. Türkiyə sözün əsl mənasında turizm cənnəti olduğunu sübut edir. Ölkə başdan- başa sanki bir cənnəti xatırladır.

Məşhur pianoçu Fazıl Sayın hərarətlə Türk Marşını (Rondo Alaturka) ifa etdiyi bir əsər var. Motsartın 1783-cü ildə Avropada əsən Osmanlı rüzgarının təsiri ilə bəstələdiyi bu musiqi əsəri, həqiqətən də, Osmanlı elementləri ilə yoğrulub. Motsartın belə bu rüzgara qapılmasına səbəb nə idi? Orta əsrlərdə Osmanlı həmişə şərqin mistikasını daşıyan “orta doğu” kimi Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayırdı. Saraylarda, ballarda, portretlərdə Osmanlı geyimlərində boy göstərən zadəganlar arasında bu hal dəb almışdı. Bu torpaqların coğrafi mövqeyi həm siyasi, həm iqtisadi həm də mədəni baxımdan önəm daşıdığından həmişə diqqət mərkəzində olub və bu diqqət hər keçən gün bir az daha artmaqdadır. Bir zamanlar balları bəzəyən Osmanlı geyimlərini, türk qəhvəsini, Anadolu xalılarını bu gün insanlar öz gözləri ilə görmək üçün Türkiyəyə gəlirlər. Fransadan olan turistlər bu ölkəni ərəb ölkəsi kimi tanıyırlar, ərəblər üçün isə Avropa ölkəsidir. Almanlar üçün uyğun qiymətə xidmət təklif edən yaxın qonşu, ingilislər üçün isə isti iqlimi olan ölkə. Yəni, hər kəs bu zənginlik arasında özünə lazım olan parçanı tapa bilir.

5000 illik tarixə sahiblik edən qardaş Türkiyədə istənilən tarixi abidəni görmək mümkündür. Ölkə sanki açıq muzeyi xatırladır. Türkiyənin incisi isə sözsüz ki, İstanbuldur.

Qədim sivilizasiyaların izlərini daşıyan şəhərin müasirliklə vəhdəti İstanbula əsrarəngiz sima verir. İki imperatorluğun – Bizans və Osmanlının mədəniyyət və tarixini özündə cəmləyən şəhər qərb və şərq üslublu memarlıq abidələrini sərgiləyən qalereyanı xatırladır. Bir tərəfdə Roma imperatorluğundan yadigar qalan Aya Sofya məbədi, Qalata Kulesi, Bozdoğan (Venis) Kəməri, Kız Kulesi, bir tərəfdə Osmanlının Top kapısı, Sultan Ahmet camisi, Dolmabahçe Sarayı. Bir tərəfdə Konstantinopol, bir tərəfdə İstanbul…

Bu gün 16 milyona yaxın əhalisi ilə bu meqapolis bir çox ölkəni geridə qoyur. Turizmin Türkiyədə yüksək səviyyədə inkişafı təkcə İstanbula ildə minlərlə turistin gəlməsinə səbəb olur. Əgər İstanbuldasınızsa, zamanınızı gözəl keçirmək üçün sizə uyğun turlar, tədbirlər, sərgilər, konsertlər, gəzintilər tapacağınıza əmin ola bilərsiniz. Qapalı Çarşı, Eminönü, Cahangir küçələri şəhəri sizin üçün unudulmaz edəcək. İstanbuldan həmçinin, Böyük Adaya turlar təşkil edilir. Bununla, qonaqlar vapur keyfi də yaşamış olurlar. Möhtəşəm Boğaz mənzərəsi, Haydar Paşa Dəmiryolu Vağzalının şəhər siluetində özəl yeri var. Ümumiyyətlə, iqlimi, qiymətlərin münasib olması, yüksək otel xidmətləri, uzun turizm sezonu, xidmət-qiymət tarazlığı ölkənin dünyanın dörd bir tərəfindən turist qəbul etməsinə səbəb olur. Elə buna görədir ki, 2020-ci il üçün satışlar artıq başlayıb.

Qardaş ölkənin daşı, torpağı qızıl olan İstanbulundan başqa digər şəhərləri də görülməyə dəyər turistik yerlərə sahibdir. Gəlin, bir-birindən gözəl Türkiyə şəhərlərinə nəzər salaq.

1. Muğla

Muğla özünəxas dizaynda bacaları ilə məşhur taxta türk və rum evləri, Fethiye, Bodrum və Datça kimi turizm məkanlarını özündə birləşdirən iri şəhərlərdəndir. Şəhərin gözəl təbiəti və turizm infrastrukturu bura gələn turist sayının hər il daha da artmasına səbəb olur. Fethiyede Ölüdəniz, Kəpənəklər vadisi, Bodrus Qalası, Bodrum Antik teatrı, Halikarnas mavzoleyi, mavinin bütün tonlarında çimərlikləri, 125 sayda quş növləri ilə zəngin Quş Cənnəti Muğlanı görülməyə dəyər şəhərlər siyahısında ilklərdən edir. Təkcə Bodrum və Fethiye Türkiyə turizm bazarında ən çox turist qəbul edən şəhərlərdən olub ölkə iqtisadiyyatında mühüm rol oynayır.

2. İzmir

“Gözəl görmək savabdır” – deyiblər. Əgər siz də gözəl insanlar görmək istəyirsinizsə, təklif edirəm, İzmirə gedin. Çünki, statistikaya görə, izmirlilər Türkiyənin ən gözəl insanları hesab edilir. İlin dörd fəsli günəşli olan şəhərin sakit və hüzurverici havası var. Əhalinin bir qismini yunanlar təşkil edir. Şəhər tolerantlığın və multi-kulturalizmin simvoludur desək, yanılmarıq. Məscidlər, kilsələr, sinaqoqlar – üç böyük dinin ibadət evləri şəhər panoramasında bir-birini izləyir. Bəlkə də, bu mənəvi yükü çiyinlərinə alan şəhərin hüzurverici abu-havası bundandır. Saat Kulesi, Kemeraltı Çarşısı, Aqora-Antik bazar, Voukolos kilsəsi şəhərin simvoluna çevrilən tikililər arasında sadəcə bir neçəsidir. İzmir istər insanları ilə, istərsə də mədəniyəti və buna imkan yaradan coğrafi, etnoqrafik və demoqrafik fərqləri ilə Türkiyənin İstanbulla yanaşı “mədəniyyət paytaxtı” olmağa iddialıdır.

3. Qaziantep

Bəlkə də, dünyada yeganə şəhərdir ki, qazi-əsgər statusu qazanıb. Bu da düşmənə qarşı qəhramanca döyüşən Antepin təkcə adına yox, həm də “alnına” yazılmış yazıdır. Elə buna görədir ki, şəhərdə müharibə ilə bağlı neçə-neçə hərbi ekspozisiyaları sərgiləyən muzeylər, şəhid anıtlarına rast gəlmək olur. Ümumiyyətlə, Qaziantepdə çoxsaylı muzeylər var. Bunlar arasında Oyuncaq muzeyi ən maraqlı ekspozisiyalar təqdim edənlər arasındadır. Şəhərdə hamamlar, çarşılar, qalalar çoxluq təşkil edir. Antepi məşhur edən digər bir səbəb də ləzzətli mətbəxi – paxlavaları, kabablarıdır. Əgər Qaziantepə gedəcəksinizsə, pəhrizi unudun.

4. Edirnə
Bolqarıstan və Yunanıstanla sərhəd bölgədə yerləşən Edirnə şəhəri bir zamanlar Osmanlı paytaxtı olduğu üçün imperatorluğun izlərini hələ də özündə daşıyır. Bəyazid körpüsü, IV Mehmet Ov köşkü, Rüstəm Paşa karvansarayı və daha neçə-neçə Osmanlı paşalarının adına olan türbələr, köşklər görüləcək tarixi məkanlar arasındadır. Sultan Süleymanın zamanında Edirnə sarayına əlavə edilən Ədalət qəsri yağlı güləşlərin keçirildiyi və sultanın verdiyi qanunların yazıldığı məkan kim tarixi ad qazanıb. Edirnə Böyük sinaqoqu böyüklüyünə görə Avropada birinci, dünyada isə üçüncü yerdədir.

5. Antalya
Milyonlarca turist qəbul edən türk turizminin əsas şəhərlərindən biridir. Məşhur çimərlikləri hər il dolub daşan Antalya son illərdə milyonlarla dollar büdcəli hind və ərəb toylarına da ev sahibliyi edir. Alanya, Belek, Kəmər kimi turistik məkanları özündə birləşdirir. Antalyanın təbiəti və Antik dövrün bir çox abidələri şəhərə fərqli rəng qatır. Şəhərdə çox sayda oteller, hostellər turistlərin ixtiyarına verilib. Burada hər şey turistlərə xidmət üçün hesablanır desək, yerinə düşər. Antalya qonaqlarına nə təklif edir? Təbiət qoynunda gəzinti alternativlər arasında birinci yerlərdədir. Təbiətsevərlər Kurşunlu şəlaləsi, Manavqat şəlaləsi və möhtəşəm kanyonlara səfər edə bilərlər. Adrenalin həvəskarları təbiət qoynunda kampinq, alpinizm, raftinq etmək şansına sahibdirlər. O ki qaldı tarixi yerlərə, Aspendos Antik teatrı bunlar arasında ən cəlbedicisidir. Böyük bir antik kompleksin parçası olan Aspendosda konsertlər də təşkil olunur. Patara Antik teatrı və Termossos Antik kəndinin də tarixi Aspendos kimi eradan əvvələ gedib çıxır.

6. Bursa

Daha bir Osmanlı “baş şəhəri” Bursa. Şəhərdə böyük karvansaraylar kompleksi var. Bu komplekslərdə ipək, hədiyyəlik əşyalar satan dükanlar turistlərin üzünə açıqdır. Hətta 2008-ci ildə İngiltərə kraliçası Türkiyəyə səfəri zamanı Bursada olmuşdu. Burada da Osmanlı yadigarı onlarla abidələr, camilər, türbələr görmək olar. Həmçinin, burada YUNESKO Mənəvi irs siyahısına daxil edilən Qaragöz-Hacivat oyunlarına da baxa bilərsiniz. Şəhərdə “Karagöz” muzeyi də fəaliyyət göstərir. İki ildən bir keçirilən Beynəlxalq Bursa Qaragöz Kölgə və Kukla Oyunları festivalı da bu şəhərdə keçirilir. Şəhərdə Anadolu Maşınları muzeyində Osmanlı dönəminin tarixi arabalarından Türkiyə istehsalı olan Murat markalı sedan maşınlarına qədər bir çox nəqliyyat növlərini görmək mümkündür. Bursada ən çox qış turizmi inkişaf edib. Uludağ Türkiyədə ən böyük qış turizm bölgəsidir. Uzun xizək meydançası və kanat yolları fevral ayının sonuna qədər turistlərin xidmətindədir.

7. Trabzon

Çayı, halayı ilə məşhur şəhərə son zamanlar ölkəmizdə də maraq artıb və çoxsaylı turlar təşkil olunmağa başlayıb. Qara dəniz sahilində yerləşən şəhər digər Türkiyə şəhərlərindən geri qalmır. Ucsuz-bucaqsız çay plantasiyaları, şivəsi, hamsisi, iri çay fabrikləri, gözəl təbiəti ilə göz oxşayan Trabzon tarixi abidələrlə də zəngindir. Xüsusilə, dağlıq ərazilərdə tikilən monastrlar, qalalar burada çoxdur. Amma ən gözəl tarixi abidə düşünürəm ki, Atatürk köşküdür. Meşəlik ərazidə inşa edilən tikili bəyaz rəngi ilə göstərişli görkəmə bürünür. Bina Avropa memarlıq üslubunda tikilib. Hazırda muzey kimi fəaliyyət göstərən köşkdə Atatürkün şəxsi əşyaları da sərgilənir.

8. Nevşehir-Kapadokya
Əgər, müasirlikdən, cansıxıcı şəhər həyatından sıyrılıb tarixlə üz-üzə qalmaq istəyirsinizsə, Kapadokya axtardığınız yerdir. Nevşehirin ən çox turist qəbul edən bölgəsi Kapadokyanın hər ucunu bucağını turistlərin ixtiyarına açıq elan ediblər. Hətta, səmasını belə. Burada hava şarları ilə təşkil edilən turlar çox məşhurdur. Kapadokyanın oyma evləri, Pəribacaları, yeraltı şəhərlər, mağaralar, Uçhisar Qalası, Ürgüp, Göyərçinli Vadi, Zelve kimi yerlər tarixilikdən daha çox mistik, sirli, sehirli, bəlkə bir az qorxulu abu-hava yaradır. Bunlar arasında ən diqqətçəkən Pəribacalarıdır. Zamanla təbii aşınmalar nəticəsində yaranan Pəribacaları Kapadokyaya əsrarəngiz görüntü bağışlayır.

9. Ayvalık-Balıkesir
Egey dənizi sahillərində Balıkesirin ən çox turist qəbul edən bölgəsi Ayvalık kiçik olsa da, zəngin təbiəti, gözalıcı tarixi binalarla türk turizmində önəmli yerə sahibdir. Burada turistlərlə yanaşı, İstanbulun səs-küyündən qaçıb həftəsonlarını sakit keçirməyə çalışan istanbulluları da görmək olar. Ayvalıkın meşəlik ərazisini, çimərliklərini, sualtı dalğıc turlarını, ləzzətli mətbəxini, ətrafında olan 22 adanı da xüsusilə vurğulamaq lazımdır. Ayvalık çarşısı, yunanların Yeniçohor adlandırdığı Küçükköy, Sarımsaqlı çimərliyi, Cunda adası, Şeytan Süfrəsi (şeytanın ayaq izinin burada olduğu iddia edilir), neçə-neçə cami və kilsələr, tarixi küçələr. Burada turistlərin Ayvalık mətbəxinə özəl saqqızlı dondurma və qurabiyələri də dadmaq şansı var.

10. Dənizli
Əsrarəngiz şəhərlər siyahımızı Dənizli ilə bağlamaq istəyirəm. Dənizli Egey dənizi bölgəsində yerləşir və Türkiyənin kurort-istirahət mərkəzidir. Bura sadəcə möhtəşəmdir. YUNESKO Mədəni irs siyahısına daxil edilmiş şəfa qaynağı hesab edilən Pamukkale Travertenleri (istisu kompleksi) özəlliklə cəlbedici məkanlardandır. Şəhərdə Kleopatra Antik hovuzu da turistlərə açıqdır. Hierapolis Antik şəhəri, nekropol, su kanalları, məbədlər və daha neçə tarixi Miladdan əvvələ gedib çıxan Roma dövrü abidələri bura gələnləri tarixin əsl şahidlərinə çevirir. Dənizlidə dağ idman növlərindən paraşütlə tullanma turları da aktivdir.

Bu gün sizə təqdim etdiyimiz bu şəhərlər Türkiyənin cənnət sayılan bir parçasıdır. Hər il bu şəhərləri, bu şəhərlərdəki tarixi abidələri ziyarət etmək üçün dünyanın dörd bir yanından milyonlarla turist bu əraziləri ziyarət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Aprel 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri