Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Türkiyə üçün qorxunc BOP planı: ölkə bölünür, yeni dövlət yaranır Ekspertlər sirləri açdı

Türkiyə üçün qorxunc BOP planı: ölkə bölünür, yeni dövlət yaranır Ekspertlər sirləri açdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Beynəlxalq münasibətlər dünyanın gözü önündə baş verən hadisələrin daha çox bizə bəlli olmayan təfərrüatlarından ibarətdir. ABŞ-ın Böyük Yaxın Şərq (Böyük Orta Doğu (BOP) – red.) planının məqsədi müsəlman ölkələrində demokratik şərait yaratmaq və azad ticarət bazarları formalaşdırmaq olduğu deyilsə də, daha çox bölgəyə qarışıqlıq və qeyri-sabitlik gətirdi. Buna səbəb olan qüvvələr və ya aktorlar, belə demək mümkünsə, bölgənin sərvətlərini mənimsəmək siyasəti həyata keçirir.

Kifayət qədər mübahisəli olan və hətta bir sıra hallarda inkar edilən bu layihə qərbdə Mərakeşin Atlantik sahillərindən başlayaraq şərqdə Pakistanın şimalındakı əraziləri, şimalda Türkiyənin Qara dəniz sahillərindən cənubda Ədən və Yəmənə qədər uzanan bölgəni əhatə edir. Böyük Orta Şərq layihəsinin hədəfi müsəlman yaşayan və əsasən Osmanlı İmperiyasının ərazisi olmuş bölgələrə yeni sərhəd cızılmasını nəzərdə tuturdu.

Ancaq iddia olunur ki, Böyük Orta Şərq layihəsinin mərkəzində Türkiyə dayanır. Hədəf isə Türkiyənin konstitusiyasından türk amilini çıxarmaq, ölkəni əyalətlərə bölmək və adını dəyişməkdir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnaçın sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1995-ci ildə dərc etdiyi “Qlobal tendensiyalar 2015” adlı hesabatda qeyd edilir ki, növbəti 20 ildə heç nə edilməsə, dünyanın yeraltı və yerüstü sərvətlərinin 85%-i əhalisi müsəlman olan ölkələrin əlinə keçəcək:

“Bu, Böyük Yaxın Şərq layihəsinin başlanğıc nöqtəsidir. 1993-ci ildə irəli sürülən “Harmel” doktrinasına görə, 1991-ci ildə Sovet Rusiyasının sosioloji və ideoloji olaraq süqut etdiyini bəyan etməsi ilə artıq kommunizm və sosializmin təhdid kimi aradan qalxması ilə yeni bir düşmənə ehtiyac yaranır və “islamçı” anlayışı bu zaman ortaya çıxır. Ortada islam var, amma terror yoxdur. Bunu da biz artıq 2001-ci il 11 sentyabr hücumları ilə “islamçı terror” anlayışının NATO və MKİ vasitəsilə həyata keçirildiyini görürük. 11 sentyabr hücumları hamımızın da bildiyi kimi ABŞ-ın məlumatı olmaqla və onun yardımı ilə edilən və təəssüf ki, bir çox insanın həyatını itirdiyi bir terror hücumu idi.

2004-cü ildə o dövrdə ABŞ Xarici İşlər naziri olan Kondoliza Raysın irəli sürdüyü hesabatda deyilir ki, biz Yaxın Şərqdə 22 müsəlman ölkəsinin sərhədlərini dəyişdirəcəyik. Bunun üçün də etnik, dini, məzhəb zəminində ixtilaflar və münaqişələr yaradacağıq. 2002-ci ildə Əfqanıstan, 2003-cü ildə İraqın işğalı bu məqsədə xidmət edirdi”.

Hüsaməddin İnaç

H.İnaç vurğulayıb ki, burada toxuna bilmədikləri dövlətlərin başında Türkiyə gəlir:

“Türkiyədə də etnik və məzhəb ixtilafı təşkil etmək üçün hər şey edilir. 80-ci illərin əvvəllərində ABŞ tərəfindən və Avropanın dəstəyilə Suriyadakı “Apoçular” deyilən Abdullah Öcalan strukturunu Türkiyəyə daşıdılar. Bu fəaliyyətlərə və Türkiyədə PKK-nın yerləşməsi məsələsinə İran və Qasım Süleymani çox ciddi töhfə verib. Və ötən 40 il müddətində bir türk-kürd ixtilafı yaratmağa çalışırlar, amma bunu heç cür bacarmırlar. Çünki türklər və kürdlər bir-birini çox sevir və qarşılıqlı evliliklər quraraq birlikdə yaşamağı bacarırlar.

15 iyul 2016-cı ildə FETÖ terrorçu təşkilatı bir təhdid yaratdı. Buna da xalqımız böyük bir demokratik mübarizə və sivil müqavimət, həmrəyliklə qarşılıq verdi. Nəticədə bu zaman da ABŞ və Avropa uğur qazana bilmədi”.

Ekspert bildirib ki, ən son bu layihənin davamı olaraq ABŞ xüsusilə İsrailin də təkidi ilə Suriyadakı yenidənqurma ilə guya türklərin bölgədəki bütün kürdlərin hamisi olacağı bir quruluş yaratmağa çalışır:

“Bunun üçün də əslində Türkiyədə Dövlət Baxçalı tərəfindən və türklərlə kürdlər arasında bir problem olmadan, PKK-nın Suriyadakı qolu YPG-nin, Avropadakı PKK-nın və eyni zamanda İraq və İrandakı PKK quruluşlarının tamamilə aradan qaldırılması istiqamətində bir mübarizə başladılır. Amma təəssüf ki, Türkiyənin içində də bəzi siyasətçilər bu mübarizəni kürdlərə konstitusiyada bir sıra hüquqların verilməsi kimi anlayır. Bu, hökumət qanadında əks olunmur, yəni Cümhur İttifaqının qətiyyən konstitusiyada bir sıra dəyişikliklər edərək kürdlərə status verilməsi kimi bir niyyəti yoxdur. Bu, Türkiyənin bölünməsi üçün çox ciddi bir parametrə çevrilə bilər. Çünki burada yaşayan kürdlər onsuz da türk kimliyi ilə bərabərhüquqlu vətəndaşlıq haqlarına sahibdir.

Bu gün “kürdlərin haqqı” deyə ifadə edilən əslində PKK-nın istədiyi şeylərdir. Bunların başında Abdullah Öcalanın azadlığa çıxması, ana dilində təhsil və ya İraqda, Suriyada olduğu kimi Türkiyənin kantonlara bölünərək özəl kürd idarəetmə orqanlarının yaradılması kimi tələblər var. Bu tələblər Türkiyənin unitar quruluşuna, tarixinə, mədəniyyətinə ziddir. Kürdlərin də əsla belə bir tələbi yoxdur. ABŞ-la Avropa və İran kimi ölkələr bu planı dəstəkləyir. Bir düşünün, bir kürd uşağının baxçada, məktəbdə, liseydə, universitetdə və ya əmək fəaliyyətində yalnız kürd dilini bilib türk dilini öyrənmədən yaşaması o insanın Türkiyədən qopması mənasına gəlir. Əslində plan da budur”.

H.İnaçın sözlərinə görə, türk dili ilə yanaşı kürd dilinin də rəsmi dil olması Türkiyənin parçalanması və dövlət statusunu itirməsi anlamına gəlir:

“Qərb bunu azadlıq, demokratiya və ya insan haqlarına, milli azlıqlara hörmət adı altında dəyərləndirir. Halbuki biz kürdləri Türkiyə dövləti üçün heç bir zaman milli azlıq olaraq görmürük və milli azlıq statusunu verməyi də düşünmürük. Bizim içimizdəki PKK-çı olmayan xalqın kürd qismində belə bir tələb yoxdur. Lakin təəssüf ki, bunu müdafiə edən və hazırda parlamentdə yer alan PKK-nın siyasi qolu olan bir partiya mövcuddur. Bu mənada çox həssas bir mərhələdən keçirik”.

Politoloq qeyd edib ki, bu gün ABŞ Suriyada xüsusilə PKK və YPG-nin öz varlığını qoruması üçün çox ciddi mübarizə aparır:

“Bu ordakı kürdləri və ya PKK-çıları sevdiyi üçün deyil, tam tərsinə İsrailin təhlükəsizliyini təmin etmək baxımdan düşünülür. Çünki İsrail bölgədə güclü, unitar və Suriya xalqının suverenliyini müdafiə və ya təmsil edən mərkəzi Suriya dövlətinin qurulmasını istəmir. Eyni zamanda, Türkiyənin və Suriyanın parçalanmasını istəyir və bunun üçün “kürd kartı”ndan istifadə etməyə çalışır. Kürdcəyə rəsmi dil statusu verilərsə, bu, Suriya və Türkiyənin parçalanması və sərbəst qərar ala bilmədiyi anlamına gələcək. Bununla ABŞ və İsrailin təsiri altında olan bir Türkiyə qurulacaq. Kürdlər də bu mənada PKK üzərindən ABŞ və İsrailə xidmət etmək və Türkiyənin zəifləməsi üçün istifadə edilmiş olacaq. Bu mənada böyük bir proqramın olduğunun əslində Türkiyədə fərqindədirlər. Türkiyədə bu istiqamətdə başladılan hərəkatı, Dövlət Baxçalının kürdlərlə türklər arasında normallaşma axtarışlarını çərçivəyə salmağa çalışanlar var. Amma mən inanıram ki, Cümhur İttifaqı başda olmaqla, türk və kürd xalqı da Böyük Yaxın Şərq layihəsinin əksini tapdığı və Türkiyəni parçalayacaq bir fəaliyyətə qarışmayacaqlar. Belə olarsa, bu, Türkiyənin fəlakəti olacaq. Eyni şey İraq və Suriyada da baş verəcək və bölgənin tamamilə İsrailin əlinə keçməsinə səbəb olacaq. Bu məsələdə bizi idarə edənlərin yetərincə məlumatlı və təcrübəyə malik olduğundan tam əminəm”.

Hasan Oktay

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay isə bildirib ki, Türkiyə sosial və demokratik bir ölkədir:

“Ona görə də Türkiyənin idarəedici orqanından kənarda adı çəkilməyən “dərin dövlət” idarəçiliyi tərzi və ya sistemi anlayışı yoxdur. Təəssüf ki, bu, “Kurtlar Vadisi” adlanan serialın türk millətinin şüuraltına yerləşdirdiyi bir bombadır. “Dərin dövlət” anlayışı Türkiyənin dövlət mexanizmini anlamaq və izah etmək üçün yetərli deyil. Amerikalıların Böyük Yaxın Şərq layihəsi ola bilər, gücü və ağlı olan hər kəsin mütləq hər coğrafiya ilə bağlı layihələri var, amma burada önəmli olan türklərin dünyaya deyəcək bir sözü olub-olmaması və bu sözün eşidilməsidir.

Osmanlı İmperiyasından Cümhuriyyətə keçid dövründə 1918-1923-cü illər arasındakı mübarizəyə nəzər saldıqda, Anadolu coğrafiyasında qurulan dövlətin adı Türkiyə Cümhuriyyətidir. Onun nə adını, nə də xüsusiyyətlərini dəyişdirmək mümkündür. Bundan əlavə, Türkiyə NATO ölkəsidir və ABŞ-la münasibətləri keçmişlə müqayisədə kifayət qədər yaxşıdır. Türkiyə həm Rusiyaya, həm də NATO kontekstində Amerikaya Soyuq müharibənin bitdiyini açıq şəkildə bəyan edərək özünəməxsus mövqe nümayiş etdirib”.

Politoloqun sözlərinə görə, Türkiyənin əsl problemi bölünmə və ya parçalanma qorxusu deyil, idarəçilərinin dövlət anlayışını anlamamasıdır ki, bu da bəzən mənfi təsirlərini ortaya qoyur:

“Dövləti idarə etmək bir ideal və iradə tələb edən incə məsələdir. Siz dövlət vasitəsilə varlanmağı qarşınıza məqsəd qoysanız, hamı sizin üzərinizdən iş çevirər, amma qətiyyətli, barışmaz bir ölkə və iradə ortaya qoyduğunuzda milli mübarizə timsalında olduğu kimi, dövlət ayağa qalxacaq. 23 ildir Ədalət və İnkişaf Partiyasının idarə etdiyi Türkiyədə dövlət quruculuğu dəyərləri ilə bağlı problemi olanlar hökumət komissiyasında olsalar da, nə Cümhuriyyətin quruculuq dəyərlərindən bir pay, nə də əldə etdikləri sərvətləri qorumaqla bağlı zəmanət və ya təminat ala bilmişlər. Amerika Türkiyədəki idarəçilərə aktivləri üzərindən yanaşdığı üçün onları istədikləri kimi idarə edə bilir”.

Ekspert hesab edir ki, ABŞ-ın Yaxın Şərqdə Türkiyəsiz siyasət aparmaq kimi şansı yoxdur:

“Türkiyə başda İraq olmaqla İran, Suriya, Livan və hətta İsrail üçün nümunə ola biləcək bir mövqe və vəziyyətdədir. Türkiyədə Doğu Perinçek millətçiliyinin təlqin etdiyi “bölünürük”, “parçalanırıq” qorxusu ilə dövləti idarə etmək mümkün deyil. Ədalət və İnkişaf Partiyasının sosial bazası siyasi islamçılıqdan təsirləndiyi üçün onlar da anladılar ki, sistemlə bağlı tənqidləri indiki məqamda aktuallıq kəsb etmir və milli imic formalaşdırmaq vaxtıdır.

Türkiyə bölgədəki məqsəd və hədəflərini ortaya qoymalıdır. Ankara sonra İran, İraq, Suriya, Livan və İsrail üçün bir model kimi Böyük Orta Şərq layihəsini deyil, Həzrət İbrahimin övladlarının yaratdığı xaosa qarşı Həzrət Oğuzun övladları türklərin yaratdığı nizamı görəcəyik”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see233

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see227

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see222

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see186

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see168

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see161

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see160

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see153

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see151

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see140

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri