Icma.az
close
up
RU
Azərbaycanda saxta nikahlar: Necə etibarsız sayılır?

Azərbaycanda saxta nikahlar: Necə etibarsız sayılır?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Nikah yalnız qanunla müəyyən olunmuş şərtlər daxilində bağlandıqda hüquqi qüvvəyə malik olur. Əgər bu şərtlər pozularsa və ya nikah ailə həyatı qurmaq niyyəti olmadan yalnız formal məqsədlərlə bağlanarsa, həmin nikah etibarsız (saxta nikah) hesab olunur. 

“Cebheinfo.az” xəbər verir ki, Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah nikah yaşı, nikaha mane olan hallar və tibbi müayinəyə dair tələblər pozularaq bağlanıbsa, həmçinin tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan saxta nikaha daxil olubsa, bu nikah etibarsız sayılır.

Nikah yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Ailə Məcəlləsinin 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Ədliyyə Nazirliyinin) informasiya sisteminə ötürülür.

Etibarsız nikah onun bağlandığı gündən etibarsız hesab olunur, yəni əvvəldən hüquqi qüvvəsi olmamış kimi qiymətləndirilir.

Nikahın etibarsız sayılmasını tələb etmək hüququ yalnız müəyyən şəxslərə aiddir. Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən, əgər nigah yetkinlik yaşına çatmayan şəxslə bağlanıbsa, həmin yetkinlik yaşına çatmayan ər və ya arvad, onların valideynləri və ya onları əvəz edən şəxslər, həmçinin müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) bu nikahın etibarsız sayılmasını tələb edə bilər.

Əgər nikah bağlandıqdan sonra yetkinlik yaşına çatmış şəxs varsa, yalnız həmin şəxs özü bu hüquqa malikdir. Nikah könüllü razılıq olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya tərəf nikah bağlanarkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmədiyi halda qurulubsa, hüquqları pozulan tərəf məhkəməyə müraciət edə bilər.

Əgər nikahın bağlanmasına qanuna görə mane olan hallar barədə məlumatı olmayan şəxs varsa, həmin şəxs də bu hüquqa malikdir. Bundan başqa, əvvəlki nikahı pozulmamış ər və ya arvad, 12-ci maddədə göstərilən tələblər pozulduqda hüquqları zərər çəkmiş digər şəxslər, müvafiq icra hakimiyyəti, saxta nikah bağlandığını bilməyən tərəf və ya ağır xəstəliyi gizlədilmiş ər və ya arvad da nigahın etibarsız sayılmasını tələb edə bilər.

Məhkəmə nikah yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslə bağlanmış nikah işlərinə baxarkən mütləq müvafiq icra hakimiyyətini də (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) prosesə cəlb edir.

Bəzi hallarda nikahı etibarsız edən səbəblər sonradan aradan qalxa bilər. Ailə Məcəlləsinin 27-ci maddəsinə əsasən, əgər nikahın etibarsız sayılmasına səbəb olan hallar məhkəməyə müraciət olunmadan və ya işə baxılanadək aradan qalxarsa, məsələn, nikah bağlanarkən yetkinlik yaşına çatmayan şəxs bu müddətdə yetkinlik yaşına çatar və nikahı davam etdirmək istəsə, məhkəmə nikahı həmin vaxtdan etibarlı hesab edə bilər.

Eyni zamanda, saxta nikaha daxil olmuş şəxslər məhkəmə işinə baxılana qədər faktiki olaraq ailə həyatı qurublarsa, bu nikah artıq saxta hesab edilə bilməz. Lakin qanunla qadağan olunmuş qohumluq halları mövcuddursa və ya nikah bağlanarkən tərəflərdən birinin başqa şəxslə mövcud nikahı varsa, bu nikah heç bir halda etibarlı sayıla bilməz.

Nəticə olaraq, əgər nikah etibarsız sayılarsa, o, bağlandığı gündən hüquqi nəticələr doğurmur və sanki heç vaxt mövcud olmayıb kimi qəbul edilir. Lakin yaxşı niyyətlə ailə həyatı qurmaq istəyən tərəfin, xüsusilə də uşaqların hüquqları qanunla qorunur.

Bu qaydalar vətəndaşların hüquqlarını müdafiə etmək, saxta, məcburi və qanunsuz nigahların qarşısını almaq məqsədi daşıyır. Buna görə də nikaha daxil olmamışdan əvvəl qanunda nəzərdə tutulan yaş, sağlamlıq, razılıq və digər hüquqi tələblər mütləq şəkildə nəzərə alınmalıdır.

Nikah etibarsız sayılarsa, nə baş verir?

Nikah məhkəmə qaydasında etibarsız hesab edildikdə, onun hüquqi nəticələri adi nikahdan fərqli olur. Ailə Məcəlləsinin 28-ci maddəsinə əsasən, etibarsız sayılmış nikah əsasən ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Yəni belə nikah bağlanmış şəxslər rəsmi olaraq ər və arvad hesab olunmur, aliment, miras və digər ailə-hüquqi öhdəliklər yaranmır.

Lakin qanun bəzi istisna hallarda tərəflərin, xüsusilə də vicdanlı tərəfin hüquqlarını qoruyur.

Birgə yaşadıqları müddətdə əldə etdikləri əmlak adi nikahdakı kimi birgə mülkiyyət hesab edilmir. Ailə Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, belə hallarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət qaydaları tətbiq olunur. Yəni əmlak tərəflərin faktiki töhfəsinə görə bölünür.

Niah əsasında bağlanmış müqavilələr də etibarsız hesab olunur. Ailə Məcəlləsinin 28.3-cü maddəsinə görə, etibarsız nikahla bağlı bağlanmış nikah müqaviləsi qüvvədən düşür.

Vacib məqam odur ki, nikahın etibarsız sayılması uşaqların hüquqlarına təsir etmir. Ailə Məcəlləsinin 28.4-cü maddəsinə əsasən, belə nikahdan doğulan və ya nigah etibarsız sayıldığı gündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqları tam qorunur və onlar nikahda doğulan uşaqlar kimi qanunla eyni statusa malikdirlər.

Məhkəmə həmçinin vicdanlı tərəfin hüquqlarını müdafiə edə bilər. Ailə Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, əgər nikah bağlanarkən hüquqları pozulmuş ər və ya arvad olubsa, məhkəmə digər tərəfdən onun saxlanması üçün aliment təyin edə bilər. Həmçinin birgə əldə olunan əmlakın bölgüsündə bəzi hallarda nikah dövründəki qaydaları tətbiq edə və nigah müqaviləsini tam və ya qismən etibarlı hesab edə bilər.

Nikah etibarsız sayıldıqda tərəflərdən biri digərinə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. Bu məsələ mülki qanunvericiliyə uyğun həll edilir (Ailə Məcəlləsinin 28.6-cı maddəsi).

Bundan başqa, Ailə Məcəlləsinin 28.7-ci maddəsinə əsasən, nikah qeydə alınarkən dəyişdirilmiş soyad saxlanıla bilər. Yəni tərəf istəsə, nikah zamanı aldığı soyadı saxlaya bilər.

Nəticə olaraq, etibarsız sayılan nikah hüquqi cəhətdən mövcud olmamış kimi qəbul olunur. Amma uşaqların və vicdanlı tərəfin hüquqları qanunla qorunur, vurulan ziyanın ödənilməsi, aliment və bəzi hallarda əmlak bölgüsü təmin edilir. Bu qaydalar vətəndaşları saxta və qanunsuz nikahlardan qorumağa, eyni zamanda, hüquqları pozulan şəxslərə ədalətli müdafiə verməyə yönəlib.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri