Icma.az
close
up
RU
Tam bişməsə, zəhərdir Mütəxəssis XƏBƏRDARLIQ ETDİ

Tam bişməsə, zəhərdir Mütəxəssis XƏBƏRDARLIQ ETDİ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Toyuq bişirərkən rast gəlinən ən təhlükəli təcrübələrdən biri ətin "şirəsini qorumaq" üçün az bişirilməsidir

Çəhrayı yerlər bakteriyaların hələ də aktiv olduğunun açıq bir göstəricisi hesab olunur

Mal-qara arasında dabaq xəstəliyinin yayılması xəbəri əhalini toyuq və balıq məhsullarına yönəldib. Vətəndaş təhlükədən sığortalanmaq üçün bir müddət dana ətindən imtina etməyi lazım bilir, quzu əti isə çox baha olduğu üçün toyuq, quş əti, balıq ətinə üstünlük verir.

Ən məşhur protein mənbələrindən biri olan toyuq, düzgün hazırlandıqda qidalı və qənaətcil bir qidadır. Medicina.az xəbər verir ki, mütəxəssislər, xüsusən də çiy və ya az bişmiş toyuqda Salmonella və Campylobacter kimi bakteriyaların olduğunu və bu mikroorqanizmlərin yalnız kifayət qədər istiliklə təsirsiz hala gətirilə biləcəyini vurğulayırlar. Toyuq bişirərkən rast gəlinən ən çox yayılmış təhlükəli təcrübələrdən biri ətin "şirəsini qorumaq" üçün az bişirilməsidir. Çəhrayı yerlər bakteriyaların hələ də aktiv olduğunun açıq bir göstəricisi hesab olunur. Mikrodalğalı soba istifadəsi də əhəmiyyətli bir risk faktorudur, çünki bu üsul bərabər istilik paylanmasını təmin etmir və xarici hissə tam bişmiş görünsə belə, iç hissəni çiy saxlayır. Xüsusilə bəzi ənənəvi reseptlərdə limon və ya sirkə ilə qısa marinadın istifadəsi də təhlükəli bir səhv kimi önə çıxır. Turşu maddələrin yalnız dad qatdığı və bakteriyaların öldürülməsinə heç bir təsiri olmadığı elmi cəhətdən sübut edilib. Toyuğun təhlükəsiz şəkildə süfrəyə verilməsi üçün daxili temperatur 75°C-yə çatmalıdır. Döş, bud və baldır da daxil olmaqla bütün hissələrin bu temperatura çatdığından əmin olmaq üçün mətbəx termometrindən istifadə edin. Mütəxəssislər, su sıçramaları bakteriyaları mətbəxə yaya biləcəyi üçün toyuğu bişirməzdən əvvəl yaxalamaqdan çəkinməli olduqları barədə razılığa gəlirlər. Çiy toyuq üçün istifadə olunan doğrama taxtalarını və bıçaqları digər qidalardan tamamilə təcrid etmək də vacibdir.

Qida məsələləri üzrə ekspert Ağa Salamov Sherg.az-a açıqlamasında zəhərlənmənin necə, hansı halda baş verə biləcəyini izah etdi:

- Toyuq, toyuq məhsulları, balıq, ət tam bişmirsə, iç istiliyi 75 dərəcəyə çatmırsa, qida zəhərlənməsi verə bilər. Toyuq əti bşirilirsə, fərqi yoxdur, kabab formasında, qril şəklində, yaxud sobada, ya da tavada, iç istiliyi nəzarətdə saxlanmalıdır. Toyuq kotleti istisna ola bilər. Çünki farş zatən tez bişəndir. Amma digər xörək növlərində iç temperatura mütləq diqqət edilməlidir. Toyuq kəsiləndə içində qan qalmamalıdır, bişmə zamanı da ətdə çiylik qalmamalıdır. Toyuq, ət, balıq məhsullarında bakteriyalar çox olur, ət tam bişmirsə, bakteriyalar orqanizmə düşərək zəhərlənməyə səbəb ola bilir. Toyuğun yuyulub-yuyulmamasına gəlincə, burada diqqət etməli mühüm məqamlar var. Bəziləri iddia edir ki, toyuq məhsulu bişirilməyə hazırlanarkən yuyulmamalıdır, bunu belə “əsaslandırırlar” ki, toyuq ətinin tərkibindəki salmonella bakteriyası ətin yuyulması zamanı suyla birlikdə ətrafa sıçrayır, yayılır, mətbəx əşyalarının üzərində qalır. Bu, məntiqsizdir. Nəylə sübut edirlər bunu? Bu iddialara qarşı mən sual edirəm, bəs doğrama taxtasını neyləyək, toyuq ətini doğradığımız bıçağı neyləyək? Belə çıxır ki, hər dəfə toyuqdan yemək hazırlandıqda doğrama taxtası atılmalıdır?! Ət onun üstündə doğranıbsa, bakteriya ora nüfuz edib. Necə olsun bəs? Toyuq məhsulunun yuyulmasının şərtləri var. Məhsul dərin yuyulma vannasında (moykada) az axar suyun altında yuyulmalıdır. Yuyulmadan öncə ətrafdakı bütün alətlər, məişət avadanlığı yığışdırılmalıdır. Toyuq əti yuyulur, sonra salfetin və ya birdəfəlik istifadə üçün nəzərdə tutulan bezin üzərinə qoyulur, suyu çəkilir, quruyur, sonra doğrama taxtasının üzərinə qoyulub doğranır. Əgər doğranmalıdırsa. Həmin bez isə atılmalıdır. Bıçaq, doğrama taxtası da yuyucu maye vasitəsilə yaxşıca yuyulmalı, üzərləri təmizlənməlidir və qurudulmalıdır. Alətləri də sulu, nəm saxlamaq olmaz. Bişirilmə zamanı ətin mərkəz temperaturu 75 dərəcə olmalıdır. Temperatur döş və bud hissədə ölçülür. Həmin hissələr qalın olduğu üçün. Əgər suda bişirilirsə ət, su zatən 100 dərəcədə qaynayır. Ət normal vaxt kəsimində qaynamalı və tam bişdiyinə əmin olunmalıdır.  

Hansı qida daha keyfiyyətlidir, mal əti, toyuq, yoxsa balıq, sualına gəlincə, A.Salamov qeyd etdi ki, hər bir qidanın özünəməxsusluğu var. Ərzaqlarda faydalılıq dərəcəsi müxtəlifdir. Birinin tərkibində olan faydalı maddələr, digərində ya yoxdur, ya da azdır:

- Mal – dana əti orqanizmdə toxumaların qurulması və bərpası üçün vacib olan zülalla zəngindir. Qırmızı qan hüceyrələrinin istehsalı və oksigenin bütün bədənə daşınması prosesində iştirak edən dəmirin əsas mənbəyi mal ətidir. B12 vitamini ilə zəngindir. Məlumdur ki, B12 vitamini sinir sistemi, DNT sintezi və qırmızı qan hüceyrələrinin formalaşması üçün vacibdir. Mal ətinin tərkibində immunsistemin güclənməsi, DNT sintezi üçün vacib olan sink var. Toyuq əti daha çox zülalla zəngindir. Az yağlıdır. Tərkibində maddələr mübadiləsi, immun funksiyası və ümumi sağlamlıq üçün vacib olan niasin, B6 vitamini və selenium kimi qida maddələri var. Pəhriz saxlayanlar, arıqlamaq istəyənlər toyuq ətindən daha çox istifadə edirlər. Balıq əti də çox faydalı qidadır. Bilirsiz ki, balıq əti Omeqa3 yağı ilə (doymamış yağdır) zəngindir. Bu da hüceyrələrin fəaliyyəti, beyin funksiyası, ürək sağlamlığı və bədəndəki iltihablanmanı azaltmaq üçün vacib maddədir. Doymuş yağ və xolesterin səviyyəsi aşağı olduğuna görə balıq əti mal ətindən daha faydalı sayılır. Həmçinin tərkibində D vitamini var. Bu da sümük sağlamlığı, sümük möhkəmliyi üçün zəruridir. İmkan varsa, əlbəttə, balıq məhsulları ilə qidalanmaq çox faydalıdır. Ümumiyyətlə, bir qida digərini təkzib etmir. Hər bir qidadan, təbiətin bizə bəxş etdiyi nemətlərdən istifadə etməliyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see339

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see261

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see257

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see217

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see205

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see203

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see198

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see197

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see195

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see194

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see191

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see185

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see182

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see180

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see177

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see175

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see173

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see173

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see172

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri