Icma.az
close
up
RU
Türkiyə Ukrayna müharibəsinə qoşulur KONKRET

Türkiyə Ukrayna müharibəsinə qoşulur KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

NATO üzvü olan Türkiyənin Ukrayna–Rusiya müharibəsində birbaşa hərbi iştirak edib-etməyəcəyi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, NATO üzvü kimi Türkiyə Ukrayna müharibəsində hərbi cəhətdən iştirak etməyə məcbur edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Türkiyənin alyans qarşısında müəyyən öhdəlikləri olsa da, bu, avtomatik şəkildə müharibəyə cəlb olunması demək deyil.

Politoloqun sözlərinə görə, Türkiyə NATO dövləti olaraq alyansın nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirməlidir. Lakin eyni zamanda Ankaranın regional və qlobal proseslərə fərqli yanaşmaları da mövcuddur və bu mövqeyini əsaslandırmaq imkanları var:

“Türkiyə son dövrlər Ukrayna ilə əməkdaşlığı davam etdirməklə yanaşı, Rusiya ilə paralel münasibətləri də qorumağa çalışır. Bu balanslı siyasət Ankaranın mövqeyini aydın şəkildə göstərir”.

Əli Mustafa qeyd edib ki, son vaxtlar Rusiya–Türkiyə münasibətlərində süni gərginlik yaradıldığına dair yanaşmalar mövcuddur. Onun fikrincə, bəzi hallarda Rusiyanın Türkiyəyə təzyiq etməklə həm türk dövlətlərinə, həm də postsovet məkanına mesaj vermək istədiyi ehtimal olunur:

“Rusiya Türkiyənin gəmilərinə hücum cəhdləri, Türkiyə ərazisinə dronların daxil olması kimi hallarla Ankaranı çəkindirməyə çalışa bilər. Xüsusilə Qara dənizdə Ukraynanın Rusiyaya məxsus gəmiləri vurmasından sonra Moskva bu proseslərdə Türkiyənin mümkün iştirakından şübhələnir”.

Politoloq vurğulayıb ki, bu iddiaları təsdiqləyən hər hansı konkret dəlil və sübut yoxdur və Türkiyənin bu proseslərdə günahlandırılması əsassızdır. Onun sözlərinə görə, Rusiyanın bu cür addımları beynəlxalq hüquqa ziddir və Türkiyənin NATO üzvü kimi öhdəliklərini yerinə yetirməsinə müdaxilə etmək hüququ yoxdur.

Əli Mustafa xatırladıb ki, Ukrayna uzun müddətdir Rusiyanın Qara dənizdəki hərbi gücünü zəiflətməyə çalışır və bu çərçivədə indiyədək 28 Rusiya gəmisinin dron hücumları ilə sıradan çıxarıldığı bildirilir.

Sonda politoloq qeyd edib ki, mümkün qarşıdurma vəziyyətində yekun qərarı yalnız Türkiyə dövləti verəcək:

“Hesab etmirəm ki, Rusiya NATO ölkələri ilə açıq müharibə aparacaq gücə malikdir. Daha çox qorxutma və təzyiq elementləri var. Lakin bu cür riskli təşəbbüslər Rusiya–Türkiyə münasibətlərində müəyyən qarşıdurma ehtimallarını artırır”.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Dekabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri