“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Yuventus” baş məşqçi postunda dəyişiklik etmək ehtimalını nəzərdən keçirir.
QOL.az xəbər verir ki, Turin təmsilçisi almaniyalı mütəxəssis Yulian Naqelsmannla əlaqə saxlayıb və onu baş məşqçi vəzifəsi üçün əsas namizədlərdən biri kimi müəyyənləşdirib. Bu barədə jurnalist Rudi Qaletti X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Naqelsmann gələcəyi ilə bağlı bir neçə variantı nəzərdən keçirir və “Yuventus”un təklifinə müsbət yanaşıb.
39 yaşlı mütəxəssisin son iş yeri Almaniya millisi olub. O, 2023-2026-cı illərdə yığmaya rəhbərlik edib. Klub səviyyəsində isə sonuncu dəfə 2021-2023-cü illərdə “Bavariya”nı çalışdırıb.
Qeyd edək ki, hazırda “Yuventus”un baş məşqçisi Luçano Spalettidir. Komanda A seriyasında 9 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 31 Oktyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















