Icma.az
close
up
RU
Rusiya Ukrayna savaşına Türkiyə də qoşulur? KONKRET

Rusiya Ukrayna savaşına Türkiyə də qoşulur? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qara dənizdə yeni cəbhə açılır

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibə Qara dənizi tədricən klassik hərbi əməliyyatlar məkanından çıxararaq mürəkkəb geosiyasi qarşıdurma zonasına çevirib. Bu gün söhbət təkcə hərbi gəmilərin və raketlərin qarşıdurmasından getmir. Qara dəniz eyni zamanda enerji xətlərinin, taxıl marşrutlarının, ticarət yollarının və pilotsuz texnologiyaların toqquşduğu strateji sahəyə çevrilib.

KONKRET.az xəbər verir ki, müharibənin ilkin mərhələsində Moskvanın əsas məqsədi Ukraynanı dənizdən təcrid etmək idi. Liman infrastrukturlarına zərbələr, Odessa istiqamətində təhlükənin artırılması, taxıl daşımalarının bloklanması və sığorta risklərinin yüksəlməsi Kiyevin iqtisadi imkanlarını məhdudlaşdırmağa hesablanmışdı. Bu siyasət Ukrayna üçün ciddi təzyiq yaratsa da, vəziyyətin gedişatını Moskvanın xeyrinə dəyişməyə yetmədi.

Ukrayna klassik donanma müharibəsində Rusiyaya qarşı durmaq əvəzinə asimmetrik strategiyaya üstünlük verdi. Dəniz pilotsuz aparatlarının intensiv istifadəsi Qara dənizdə qüvvələr balansını dəyişdi. Rusiya hərbi gəmiləri üçün artan risklər Moskvanı donanmasının mühüm hissəsini Krımdan çıxararaq Qara dənizin şərq sahillərindəki limanlara yönəltməyə məcbur etdi. Bu addım Rusiyanın Qara dənizdə mütləq nəzarət iddialarını zəiflətdi.

Yeni vəziyyət Ukraynaya ticarət gəmiçiliyini qismən bərpa etməyə imkan verdi. Odessa limanı istiqamətində yük daşımalarının canlanması Kiyevin iqtisadi nəfəsini bir qədər açdı. Eyni zamanda Qara dənizdə təhlükəsizlik məsələsi regional problem olmaqdan çıxaraq Avropanın ümumi təhlükəsizlik gündəminə daxil oldu.

Bu proseslər fonunda ən həssas mövqedə olan ölkələrdən biri Türkiyədir. Qara dənizin coğrafi xüsusiyyətləri — dar hava və dəniz məkanı, intensiv hərbi fəaliyyət və böyük güclərin yaxın təması Ankaranın təhlükəsizlik risklərini artırır. Rusiya və NATO qüvvələrinin fəaliyyətinin paralel şəkildə davam etməsi, pilotsuz aparatların sürətlə çoxalması istənilən yanlış hesablamanı ciddi böhrana çevirə bilər.

Son dövrlərdə Türkiyənin hava məkanını pozan pilotsuz aparatların vurulması və regionda radar sistemlərinə təzyiq cəhdləri təhlükənin real xarakter daşıdığını göstərir. Bu vəziyyət Ankaranı hava patrulu, rabitə mexanizmləri və reaksiya protokollarını yenidən nəzərdən keçirməyə məcbur edir.

Türkiyə eyni zamanda mürəkkəb diplomatik balansı qorumağa çalışır. Montrö Konvensiyasına əsasən boğazlara nəzarət, taxıl dəhlizi təşəbbüslərində iştirak və NATO çərçivəsində koordinasiya Ankaranın əsas siyasi alətləridir. Lakin müharibənin aktiv fazasının Qara dənizə daşınması bu balansı getdikcə daha kövrək edir və Türkiyənin manevr imkanlarını daraldır.

Analitiklər hesab edirlər ki, Qara dəniz yaxın perspektivdə yüksək riskli rəqabət zonasına çevriləcək. Burada pilotsuz texnologiyaların rolu artacaq, hərbi və mülki infrastrukturlar daha çox təhlükə altında qalacaq. Türkiyə üçün isə bu proses həm təhlükəsizlik, həm də diplomatik baxımdan daha mürəkkəb qərarlar dövrünün başlanğıcı deməkdir.

Qara dənizdə atılan hər addım təkcə region dövlətlərinə deyil, Avropanın təhlükəsizlik arxitekturasına və qlobal ticarət sisteminə də təsir göstərir. Məhz buna görə bu akvatoriyada baş verənlər artıq lokal münaqişə kimi deyil, beynəlxalq nizamın formalaşdığı əsas cəbhələrdən biri kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri