Icma.az
close
up
RU
Türkiyə universitetində “Uzundərə” rəqsi Fotolar

Türkiyə universitetində “Uzundərə” rəqsi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Mayın 13-ü Boğaziçi Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdindəki Mədəniyyət Mərkəzinin, ölkəmizin İstanbuldakı Baş Konsulluğunun və Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığının (YTB) dəstəyi ilə tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirin layihə koordinatorları Boğaziçi və Koç universitetlərinin Kompüter Mühəndisliyi fakültəsinin tələbələri Şəms Humay Nəsibzadə və Akif Əkbərov olub.

Onların rəhbərliyi və Koç, Sabancı, İstanbul Teknik Universitesi, Medipol kimi aparıcı universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə hazırlanmış bu tədbir mədəniyyətimizin zənginliyini və estetik dəyərlərini əhatəli şəkildə əks etdirib.

Tədbirdə Azərbaycanın qədim tarixə malik milli musiqisi, rəqsləri, geyimləri, xalq sənət nümunələri və ədəbiyyatı geniş şəkildə təqdim olunub.

Proqram çərçivəsində canlı ifalarda tar və kamança kimi milli musiqi alətlərinin müşayiəti ilə muğam və xalq mahnıları səsləndirilib, “Naz eləmə”, “Uzundərə” kimi rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, tədbir çərçivəsində milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, qonaqlara Azərbaycan mətbəxinin özünəməxsus təamları təqdim olunub.

Tədbirdə Boğaziçi Universitetinin prorektoru Gürkan Selçuk Kumbaroğlu, Azərbaycanın Türkiyədəki konsulu Zaur Allahverdizadə və digər rəsmi qonaqlar iştirak edib. Onlar iki qardaş ölkə arasında mövcud olan mədəni körpülərin əhəmiyyəti barədə çıxışlar ediblər. Hər iki tərəf Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrdə deyil, mədəni platformalarda da daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bu cür təşəbbüslər Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha yaxından tanınmasına, gənclər arasında milli kimliyin qorunub saxlanmasına və iki ölkə arasında mədəni inteqrasiyanın gücləndirilməsinə xidmət edir.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see353

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see300

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see286

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see278

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see273

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see270

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see264

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see259

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see238

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see232

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see223

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see218

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see218

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see216

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see212

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see211

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see205

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see203

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri