Icma.az
close
up
RU
Türkiyə və ABŞ Suriyanın Latakiya bölgəsində baş verənlərə fərqli münasibət bildirib

Türkiyə və ABŞ Suriyanın Latakiya bölgəsində baş verənlərə fərqli münasibət bildirib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Latakiya bölgəsində baş verənlər sabiq Prezident Bəşər Əsədin tərəfdarlarının ölkədə sabitliyi pozmaq cəhdidir.

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

Ömər Çelik Ankaranın baş verənləri Suriyanın birliyinə yönələn terror aktı kimi dəyərləndirdiyini vurğulayıb, bunun dini-etnik qarşıdurma, hansısa dini-etnik qrup tərəfindən törədilməsi kimi təqdim edilməsini yolverilməz sayıb: “Hər hansı dini-etnik qrup terrorizmlə assosiasiya olunmamalıdır. Terrorçu terrorçudur, onun hər hansı mənsubiyyəti, dini yoxdur”.

ABŞ dövlət katibi Marko Rubio isə Suriya hakimiyyətini azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb, onları radikal islamçı terrorçular, əcnəbi cihadçılar adlandırıb. Vaşinqton hesab edir ki, son günlər Suriyanın qərbində azlıqların nümayəndələri kütləvi şəkildə məhz onlar tərəfindən öldürülüb.

Qeyd edək ki, son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hüms əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verib. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.

Britaniyadakı Suriya İnsan Haqları Monitorinq Mərkəzi martın 6-dan indiyə qədər 745 mülki şəxsin öldürüldüyünü, hökumət qüvvələri və silahlılar arasında döyüşlərdə isə hər iki tərəfdən həlak olanların ümumi sayının 273 nəfərə çatdığı barədə məlumat yayıb.

Bu toqquşmalar Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Mart 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri