Türkiyə və Ermənistan Ani körpüsünün bərpasını müzakirə edib
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə və Ermənistan Ani körpüsünün bərpa edilməsini müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial media hesabında yazıb.
Nazir Ermənistanın regional idarəetmə və infrastruktur naziri Davit Xudatyan ilə görüşdüyünü və iki ölkə arasında keçmişdə fəal şəkildə istifadə olunan dəmir və avtomobil yolları əlaqələrinin yenidən bərpasını müzakirə etdiklərini qeyd edib.
A.Uraloğlu bildirib ki, bu istiqamətdə Türkiyədə zəruri təmir-bərpa işlərinə başlanılması ilə yanaşı, Ermənistan tərəfinin hazırlıq və tender proseslərində gəldiyi mərhələni də dəyərləndiriblər.
Nazirlər eləcə də Ani körpüsünün bərpası ilə bağlı prosesi nəzərdən keçirərək, ortaq tarixin mühüm izlərindən birini yenidən həyata qaytaracaq addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:260
Bu xəbər 23 İyun 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















