Türkiyə və Fransa XİN rəhbərləri Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.
APA-nın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar:
“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.

Xüsusi nümayəndələr Ermənistan Türkiyə normallaşma prosesini müzakirə edib
12 Sentyabr 2025 17:01
Türkiyə və Ermənistan normallaşma prosesini İrəvanda müzakirə edəcək
08 Sentyabr 2025 15:32
Ermənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə etdi
15 Sentyabr 2025 23:27
Ərdoğan Paşinyanla Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə edib YENİLƏNİB
05 İyun 2025 15:35
Lavrov Azərbaycan Ermənistan, Türkiyə Ermənistan normallaşma proseslərindən danışacaq
19 May 2025 17:33

