Ermənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə etdi
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad ilə görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Görüş zamanı Kostanyan həmsöhbətinə avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaları müzakirə edib.
Həmsöhbətlər Ermənistanın Avropaya inteqrasiyasının daha da dərinləşdirilməsi perspektivlərini və bu kontekstdə Ermənistan-Fransa əməkdaşlığının imkanlarını müzakirə ediblər. Tərəflər strateji tərəfdaşlığın yaradılmasının vacibliyini vurğulayıblar.
Həmçinin beynəlxalq və regional gündəlikdəki digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan parlamentinin vitsespikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
10 Yanvar 2025 16:50
Türkiyə və Fransa XİN rəhbərləri Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə edib
03 Aprel 2025 14:25
Cevdet Yılmaz: Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcəyik
02 Sentyabr 2025 19:18
Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə edib
21 İyun 2025 10:44
Türkiyə və Ermənistan normallaşma prosesini İrəvanda müzakirə edəcək
08 Sentyabr 2025 15:32

