Türkiyə ilə İran arasında qaz sazişi daha 5 il uzadıldı
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Türkiyə ilə İran arasında 2001-ci ildə qüvvəyə minmiş və 2026-cı ilin iyulunda müddəti başa çatan 25 illik təbii qaz tədarükü sazişi daha 5 il uzadılıb.
Bizim.Media xəbər verir ki, ANKA xəbər agentliyinin məlumatına görə, razılaşma Türkiyənin dövlət şirkəti BOTAŞ ilə İran Milli Qaz Şirkəti (NIGC) arasında əldə olunub.
BOTAŞ-ın İrandan təbii qaz idxalı üçün lisenziyasının müddəti 2032-ci il aprelin 18-dək uzadılıb.
Yeni razılaşmaya əsasən, qazın tədarük həcmi və qiymət formulu dəyişməyib. Türkiyə boru kəməri vasitəsilə İrandan ildə təxminən 10 milyard kubmetr təbii qaz almağa davam edəcək.
2025-ci ilin məlumatlarına görə, Türkiyə İrandan 7,7 milyard kubmetr qaz idxal edib.
Bu, ölkənin ümumi qaz idxalının 13,2 faizini təşkil edib. Beləliklə, İran Türkiyənin Rusiya, Azərbaycan və ABŞ-dan sonra dördüncü ən böyük qaz təchizatçısı olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 24 Noyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















