Icma.az
close
up
RU
Türkiyə və İsrail hərbi toqquşmanın astanasındadırmı? Ekspert qiymətləndirir

Türkiyə və İsrail hərbi toqquşmanın astanasındadırmı? Ekspert qiymətləndirir

Icma.az, Lent az saytına istinadən bildirir.

Suriyaya endirilən zərbələrdən sonra İsrailin baş nazirinin Azərbaycana səfərinin ləğvi Qüdslə Ankara arasında gərginliyi artırıb. Diplomatik münasibətlərin pisləşməsi mümkün münaqişə ilə bağlı narahatlıqları artırır. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bununla belə, İsrailin Türkiyə və Misirdəki keçmiş səfiri, hazırda Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) baş elmi işçisi Amir Oronun fikrincə, düşmən münasibətlərindən danışmaq hələ tezdir.

"İsrail və Türkiyənin bir-birini əzəli rəqib kimi qəbul etməsi yeni hadisə deyil. Bu tendensiya getdikcə güclənir", - Oron bildirib. 

O, vurğulayıb: "Kədərlidir, amma bu bir həqiqətdir". 

Onun sözlərinə görə, Suriyadakı vəziyyət gərginliyin əsas mənbəyidir. 

Oronun fikrincə, İsrail də Ankaraya qarşı sərt mövqe tutur.

Münasibətlərin pisləşməsinin səbəblərindən biri də Türkiyənin Suriya lideri Əhməd əl-Şaraya İdlibi tərk edərək mövqelərini möhkəmləndirməsinə kömək etməsi olub. Bu, İsraildə narahatlıq yaradıb. Oron deyib: “Türkiyənin Ərdoğan dövründə regional ambisiyaları qorxudur". O, əlavə edib ki, Əl-Şaranın hakimiyyətdəki mövqeyi güclənərsə, İsrail druzilər və ələvilər kimi azlıqların taleyindən qorxur.

Oronun sözlərinə görə, Türkiyə Əl-Şaranın hakimiyyəti altında birləşmiş Suriyanı saxlamaqda israrlıdır və hətta ona ordusunun yenidən qurulmasına kömək edir. İsrail bunu təhlükə kimi qəbul edir. 

"Ölkələrimiz arasında vəziyyəti necə qiymətləndirmək baxımından böyük uçurum var", - o deyib.

Xüsusilə Suriya səmasında baş verən hadisələrdən sonra hərbi toqquşmanın mümkün olub-olmaması ilə bağlı suala Oron belə cavab verib: "Əvvəla, İsrail və Türkiyə müharibə edən dövlətlər deyil. Düşmən ritorikası var, amma Türkiyə rəsmi düşmən sayılmır". 

O xatırladıb ki, 1949-cu ildə Türkiyə İsraili tanıyan ilk müsəlman ölkəsi olub. Ölkələr arasında münasibətlər 2000-ci illərin əvvəllərinə qədər yaxın olub.

2010-cu ildə "Mavi Mərmərə" hadisəsindən sonra kəskin pisləşmə baş verib: "O vaxtdan bəri əlaqələr sinüs dalğasında idi". O, həmçinin qeyd edib: "Ərdoğanın ideologiyası bütün dünyada müsəlmanları qorumaqdır. O, fələstinliləri David, bizi isə Qolifa kimi görür".

Onun sözlərinə görə, Qəzzadakı müharibə onsuz da çətin olan münasibətləri daha da pisləşdirib. "Bu müharibə fərqlidir. Uzun və qanlıdır. "Türkiyədə onların dərk etdiyi kimi, dağıdıcı nəticələrə gətirib çıxarır" deyən Oron əmindir ki, hətta atəşkəs olsa belə, "münasibətləri bərpa etmək üçün illər lazım olacaq".

Oronun fikrincə, kursu dəyişməyin yeganə yolu Fələstin məsələsinə yanaşmanı dəyişməkdir. Həm də, ola bilsin, liderlərin dəyişməsi ilə - İsraildə, Türkiyədə və ya hər iki ölkədə. Hələlik o, əsas kommunikasiya kanallarını saxlamağı və Suriyada Rusiya ilə olduğu kimi gərginliyin qarşısını almağa diqqət yetirməyi tövsiyə edir.

Oron Ərdoğanın şəxsiyyətindən də danışıb: "O, çox güclü və sərt liderdir. Siyasi İslamın tərəfdarıdır. Türkiyənin DNT-sini dəyişib". 

Onu Trampla müqayisə edib. Onun sözlərinə görə, hər ikisi "köhnə nizamı pozmağa" gəlib, hər ikisi səhnələri və kampaniyaları sevir, hər ikisi "qaydalara əhəmiyyət vermir".

Ərdoğanın sərtliyinə baxmayaraq, Oron dialoqu davam etdirməyin vacib olduğuna inanır. “Əgər biz Suriyadakı ruslarla olduğu kimi eskalasiyanın qarşısını almaq üçün bir sistem qura bilsək, bu, artıq uğur qazanacaq”, - o, yekunlaşdırıb. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 May 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri