Icma.az
close
up
RU
Türkiyə və Şimali Kipr nümayəndələri Bakıda Önəmli görüşlər keçiriləcək

Türkiyə və Şimali Kipr nümayəndələri Bakıda Önəmli görüşlər keçiriləcək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədən bir qrup deputat və Şimali Kipr nümayəndələri Bakıya gəliblər.

Modern.az-ın əldə etdiyi məlumata görə, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Respublikası Dostluq Qrupunun sədri Orhan Erdem, eləcə də Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Şimali Kipr Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya Azərbayanda səfərdədirlər.

Onlar Bakıda mühüm görüşlər keçirəcəklər.

Nümayəndə heyətinin tərkibinə daxil olan Orhan Erdem saytımıza açıqlamasında bildirib ki, əsasən universitetlərdə görüşlər keçiriləcək.

O bildirib ki, bu gün 3 universitetdə görüşləri olacaq:

"ADA Universitetində, Azərbaycan Universitetində, UNEC-də görüşlər keçirəcəyik. İki ölkənin tələbə mübadiləsi, Şimali Kiprin dünyada tanınan 25 məşhur universitetini tələbələrin tanıması, qarşılıqlı imkanlar, təhsil  razılaşması kimi məsələlər üzrə müzakirələr aparacağıq".

"Azərbaycanlı tələbələr daha keyfiyyətli və ucuz təhsil ala bilərlər"

"Cənab Prezident İlham Əliyev ADA Universitetində görüş keçirmişdi. O, burada çıxışı zamanı önəmli rəqəmlər açıqlayıb. İnşallah universitetlər bu sahədə protokollar imzalayar. Azərbaycan xalqına da daha yaxşı tanıdılarsa, bir çox tələbə olduqca keyfiyyətli və ucuz təhsil ala bilərlər",-O.Erdem deyib. 

"Tez-tez Türkiyədən Azərbaycana hər hansı nazir gəlir və müzakirələr aparılır"

"Azərbaycanla Türkiyə arasında hər sahədə çox işlər görülə bilər, görülür də. İki ölkənin liderlərinin bir-birilərinə güvəni sonsuzdur. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan həm iqtisadi, həm sosial, həm də digər sahələrdə inkişaf edir. Türkiyədən qarşılıqlı anlaşmalar üçün hər 10-15 gündən bir nazir bura gəlir. Eləcə də   Azərbaycandan  da Türkiyəyə nümayəndələr gedir",- o qeyd edib.

Türkiyə-Şimali Kipr Türk Respubllikası Dotluq Qrupunun sədri Şimali Kiprin tanınması və onun Azərbaycandakı təmsilçiliyinin səfirliyə çevrilməsi məsələsinə də toxunub:

"Bunlar ayrıca onsuz da müzakirə olunan məsələlərdir. Azərbaycan parlamenti Şimali Kipr Türk Respublikası ilə dostluq qrupu yaradıb. Tanınma məsələsi liderlər tərəfindən müzakirə edilir. İnşallah Şimali Kiprin buradakı təmsilçiliyi səfirliyə çevriləcək. Bütün platformalarda Azərbaycan Şimali Kiprin yanında olur. Prezident İlham Əliyev də açıqlamaları ilə öz dəstəyini daim göstərir. Bugün və sabah burada olmağımızın səbəbi təhsillə bağlı əməkdaşlıqla əlaqədardır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri