Türkiyə XİN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.
“Azərbaycanın 36 il əvvəl başlatdığı müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan Milli Dirçəliş Gününü ürəkdən təbrik edir, eyni ruh və inamla ərazilərindəki işğala son verən azərbaycanlı qardaşlarımızın zəfərini bir daha təbrik edirik”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Azərbaycanda Milli Dirçəli Günü qeyd olunur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Türkiyə XİN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
17 Noyabr 2024 11:03

