Türkiyə XİN başçısı Sudandakı qarşıdurmanın sonlandırılması üçün beynəlxalq ictimaiyyətə çağırış edib
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyəti Sudanda üç ildən çoxdur davam edən qarşıdurmanın sonlandırılması üçün addım atmağa çağırıb. SİA xəbər verir ki, nazir bu barədə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında danışıb.
O, həmçinin qeyd edib ki, ortaq işlər nəticəsində Suriya bu gün həyata qaytarılır. Nazir Suriyanın İƏT-ə qayıtmasından məmnunluğunu ifadə edib: “Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi də daxil olmaqla, dəstəyimizi davam etdirməliyik. Bütövlükdə, bölgədə ayrı-seçkiliyi təbliğ edən bütün çağırışları qınayırıq".
H.Fidan əlavə edib ki, Kipr adasında da iki xalq, iki dövlət var: "Mən İƏT ölkələrini Şimali Kipr türklərinin haqlarını dəstəkləməyə çağırıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















