Türkiyə XİN: Fransaya ölkədaxili hüququmuza hörmətlə yanaşmasını tövsiyə edirik
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul, 8 iyul, Günel Karatepe, AZƏRTAC
Fransaya ölkədaxili hüququmuza və məhkəmə müstəqilliyinə hörmətlə yanaşması, digər ölkələrə yönəlik siyasi xarakterli açıqlamalardan çəkinərək, öz daxili məsələlərinə diqqət yetirməsini tövsiyə edirik.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iyulun 7-də verdiyi açıqlamaya cavabında yer alıb.
Açıqlamada Türkiyədə davam edən məhkəmə proseslərinin ədalətli və qərəzsiz şəkildə aparıldığı vurğulanaraq qeyd olunub: “Fransa Avropa və Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə həyata keçirilən məhkəmə proseslərinə müdaxilə xarakteri daşıyan açıqlamanı qəti şəkildə rədd edirik.
Türkiyə hüquq dövləti prinsipi çərçivəsində bütün vətəndaşları üçün ədalətli və qərəzsiz məhkəmə proseslərini təmin edir. Adıgedən hüquqi prosedurlar Türkiyə Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müstəqil məhkəmə orqanları tərəfindən həyata keçirilir.
Fransada müxalifət liderinin məhkəmə qərarı ilə həbs cəzasına məhkum edilməsi və seçkilərdə iştirakının qadağan olunması, eləcə də bəzi bələdiyyə başçılarına qarşı məhkəmə proseslərinin davam etməsi nəzərə alındıqda, sözügedən açıqlamanın ikili standart xarakterli olduğu açıq şəkildə görünür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















