Icma.az
close
up
RU
Türkiyə XİN dən Fransaya çağırış: Respublika qanunlarına hörmət edin

Türkiyə XİN dən Fransaya çağırış: Respublika qanunlarına hörmət edin

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Xarici İşlər Nazirliyi Fransanı ölkədəki məhkəmə proseslərinə müdaxilə etmək cəhdində ittiham edib və Parisi respublika qanunlarına hörmət etməyə çağırıb.

Oxu.Az bildirir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bəyanatda deyilir:

"Fransanın ölkəmizdə davam edən məhkəmə proseslərinə müdaxilə xarakteri daşıyan bəyanatını birmənalı şəkildə rədd edirik. Türkiyə qanunun aliliyinə uyğun olaraq bütün vətəndaşları üçün ədalətli və qərəzsiz məhkəmələrə zəmanət verir. Bütün bunlar Türkiyə konstitusiyasına və ölkə qanunvericiliyinə uyğun olaraq müstəqil məhkəmələr tərəfindən həyata keçirilir.

Fransada əsas müxalifət liderinin məhkəmə qərarı ilə həbsə məhkum edilməsi və seçkilərdə iştirakının qadağan edilməsi, bəzi bələdiyyə sədrlərinə qarşı məhkəmə prosesinin davam etməsi, bu bəyanatın ikili standartlardan ibarət olduğunu göstərir. Biz Fransaya öz daxili qanunvericiliyimizə və məhkəmə sisteminin müstəqilliyinə hörmətlə yanaşmağı, başqa ölkələrə qarşı siyasi motivli bəyanatlar verməkdən çəkinməyi, öz daxili məsələlərinə diqqət yetirməyi tövsiyə edirik".

Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları 3 böyük şəhərin - Adana, Antalya və Adıyamanın CHP-dən olan bələdiyyə sədrlərini korrupsiya faktları ilə bağlı araşdırma çərçivəsində saxlayıb.

Fransa Xarici İşlər Nazirliyi də bir neçə müxalifət üzvünün həbsindən "dərin narahatlığını" ifadə edərək, rəsmi Ankaranı "yerli sakinlərin və müxalifət deputatlarının hüquqlarına hörmət etməyə, ədalətli mühakimə hüququnu, ifadə azadlığını təmin etməyə" çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri