Türkiyə XİN i Nigerdə tərəfləri təmkinli olmağa çağırıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 30 avqust, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Nigerdəki vəziyyətlə bağlı açıqlama yayıb.
AZƏRTAC “TRTHaber”ə istinadla xəbər verir ki, açıqlamada Nigerdəki vəziyyətin diqqətlə izlənildiyi bildirilib.
"Nigerin təhlükəsizliyini və sabitliyini qorumaq üçün təmkinli olmağa çağırırıq və sakitliyin mümkün qədər tez bərpa olunacağına ümid edirik", - deyə sənəddə vurğulanıb.
Qeyd edək ki, Nigerin müdafiə naziri Salifou Modinin sözlərinə görə, bir qrup əsgər paytaxt Niameydəki 101 nömrəli hava bazadakı kazarmada bəzi yoldaşlarını əsir götürməyə cəhd edib və həmin şəhərdəki strateji yerlərə atəş açıb. Modi təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə vəziyyətin nəzarət altına alındığını və hədəf seçilən yerlərdə nəzarətin tədricən bərpa edildiyini deyib. Lakin bəzi mənbələr 101 nömrəli bazada hələlik nəzarətin tam bərpa olunmadığını və üsyançı əsgərlərlə təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında toqquşmaların davam etdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 30 Avqust 2026 02:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















