Türkiyə XİN: Mülki şəxsləri hədəf alan bu cür hücumları pisləyirik
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb.
Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, bu Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir:
“Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.
Tərəfləri sağlam düşüncəyə və birtərəfli hərəkətlərdən çəkinməyə çağıran bəyanatda vurğulanıb ki, Türkiyə bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görücək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılmasına ümid edir.
“Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”, - bəyanatda qeyd edilib..
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















