Icma.az
close
up
RU
“Türkiyə yeni raketini sınaqdan keçirdi: “Tayfun“ regional rəqiblərin istənilən nöqtəsinə çata bilir“ “Anadolu Ajansı“

“Türkiyə yeni raketini sınaqdan keçirdi: “Tayfun“ regional rəqiblərin istənilən nöqtəsinə çata bilir“ “Anadolu Ajansı“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Raket artıq silahlanmaya hazırdır..."

Türkiyə Milli Müdafiə Sənayesinin aparıcı şirkətlərindən olan "Roketsan" tərəfindən hazırlanan "Tayfun" ballistik raket sisteminin yeni sınağını uğurla həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.

Sınaq və siyasi mesaj

Sınağın detalları açıqlanmasa da, buraxılışların Qara dəniz sahilində, Rizə vilayətində yerləşən poliqonda aparıldığı bildirilir. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün "X" sosial şəbəkəsində yazıb ki, "səma bir daha millətin iradəsinə şahidlik etdi". 

Onun sözlərinə görə, uğurlu buraxılış "Tayfun" raketinin daha bir mühüm mərhələni keçdiyini və bunun ölkənin təhlükəsizlik imkanlarını genişləndirərək çəkindirici potensialını gücləndirdiyini göstərir. 

"Roketsan"-ın baş direktoru Murat İkinçi isə sistemin artıq istismara tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, "Tayfun" üçün seriyalı istehsal və tədarük sürətlə davam edir və son sınaq zamanı raket hədəfi yüksək dəqiqliklə vurub.

Texniki imkanlar və yeni versiya

Türkiyə "Tayfun" raketinin istehsalına hələ 2023-cü ildə başladığını açıqlamışdı. Bu müddət ərzində sistemin iki əsas versiyası sınaqdan keçirilib. İlk testlər 2022-ci ildə "Block 1" versiyası üzərində aparılıb. Bu, uçuş məsafəsi təxminən 800 kilometr, döyüş başlığının çəkisi isə 500 kiloqram olan qısa mənzilli ballistik raketdir.

Ötən ilin oktyabrında isə daha ağır və gücləndirilmiş "Block 4" versiyası ilk dəfə sınaqdan keçirilib. Bu variant əvvəlki versiyadan təxminən iki dəfə uzundur - uzunluğu 10 metrə, ümumi çəkisi isə 7 tonun üzərinə çatır. Müqayisə üçün, "Block 1" cəmi 2 ton çəkir. Mövcud məlumatlara görə, yeni raketin uçuş məsafəsi 1000 kilometri aşır.

Hər iki versiya GPS və GLONASS peyk sistemləri ilə korrektə olunan naviqasiya sistemi ilə təchiz edilib. "Roketsan" daha əvvəl "Block 4"ü hipersəs raketi kimi təqdim edib. Rəsmi açıqlamalara görə, raket səs sürətindən beş dəfə yüksək sürət yığa bilir. Lakin onun atmosferdə aşağı hündürlüklərdə bu sürətlə manevr edə bilib-bilmədiyi hələlik açıq sual olaraq qalır, bu isə hipersəs silahı statusu üçün əsas şərtlərdən biridir.

Regional balans və reaksiyalar

Bəyan edilən uçuş məsafəsinə görə, "Tayfun" sistemi Yunanıstan və İsrail ərazisinin demək olar ki, tamamını hədəf almaq imkanına malikdir. Bu iki ölkə Ankaranın regiondakı əsas strateji rəqibləri hesab olunur. Paralel olaraq "Roketsan" uçuş məsafəsi 2000 kilometrə qədər çata bilən daha ağır, orta mənzilli raket üzərində də işləyir.

Yunanıstan daha əvvəl "Tayfun"un ortaya çıxması ilə bağlı açıq şəkildə narahatlıq ifadə edib. İsrail isə hələlik sınaqlara rəsmi reaksiya verməyib. Bununla belə, münasibətlərin daha da gərginləşəcəyi təqdirdə bu amilin silahlanma yarışında əlavə arqumentə çevrilə biləcəyi istisna edilmir.

Bu fonda Türkiyə xarici işlər naziri Hakan Fidan İsrailin Suriyadakı fəaliyyətini kürd silahlı qruplaşmalarının davranışı ilə əlaqələndirib. Onun sözlərinə görə, İsrailin Suriyadakı addımları Suriya Demokratik Qüvvələrinin mövqeyi ilə birbaşa bağlıdır və YPG-nin qərarları təkbaşına qəbul edilə bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri