Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə yığmasının heyətində mundiala yollanan isimlərdən olan Zəki Çəlikin gələcək karyerasına aydınlıq gəlib.
2022-ci ildən bəri “Roma”nın şərəfini qoruyan təcrübəli futbolçunun bu yay klubunu dəyişməsi gündəmdə idi. Ona “Qalatasaray”la “Fənərbaxça”, eləcə də “İnter” və “Yuventus” kimi İtaliya nəhəngləri maraq göstərirdi.
Zəkini digər klublar üçün maraqlı edən məqam onun “Roma” ilə müqavilə müddətinin bu yay bitməsi idi. Yəni 29 yaşlı futbolçu faktiki gələn aydan etibarən sərbəst statusa keçəcəkdi. Amma “Korriere dello Sport” nəşrinin paylaşdığı məlumata görə “Roma” ilə türkiyəli oyunçu arasında, nəhayət, razılıq əldə olundu. Ən son iyunun 9-da “Qalatasaray” yenidən Zəkini transfer etməyə cəhd göstərsə də, sağ müdafiəçi təklifi geri çevirərək vətəninə qayıtmaqdan imtina etdi.
Ən son xəbərlərə görə “Roma” ilə Zəki arasında üçillik yeni anlaşma əldə olunub. Qarşıdakı günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Maddi detallar bəlli deyil. Amma çox güman, Zəkinin 2,5 milyon avroya bərabər olan illik maaşı 3-3,5 milyon avro səviyyəsinə yüksəldiləcək. Çünki bu futbolçu maaşının artırılmasını tələb edirdi.
Daha öncə “Lill”in heyətində Fransa çempionu olan Zəki indiyə qədər “Roma”da 151 rəsmi oyuna çıxaraq hesabına 2 qol, 10 məhsuldar ötürmə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 İyun 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















