Türkiyədə 36 ildən çox həbs cəzası alan şəxs saxta şəxsiyyət vəsiqəsi əldə edib, “yazıçı“ oldu VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Türkiyənin Adana şəhərində cinayətdə şübhəli bilinən, 36 il 7 ay 12 günlük həbs cəzası alan şəxs saxta şəxsiyyət vəsiqəsi ilə paylaşımlar edərkən ələ keçirilib.
Bu barədə Moderator.az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Adanada polis "Ali Demir Evrensel" adı altında paylaşımlar edən hesabla bağlı araşdırmalara başlayıb. Hesab altında qeydiyyatdan keçmiş adın həqiqi olmadığı üzə çıxıb. Polis paylaşımlardakı şəxsin, əslində, 49 yaşlı R.E. olduğunu və onun müxtəlif cinayətlər üzrə axtarışda olduğunu müəyyən edib.
Onun 2006-cı ildə adının hallandığı iki cinayət hadisəsinə görə ümumilikdə 36 il 7 ay 12 gün, ayrıca olaraq "Rəsmi sənədlərdə saxtakarlıq" üzrə də iki il müddətinə həbs cəzasına məhkum edildiyi məlum olub. Həmçinin "Təhqir", "Lisenziyasız silah və sursat saxlamaq" və "Dələduzluq" ittihamları ilə də qaçaq kimi axtarışda olduğu ortaya çıxıb.
Polis, həmçinin məhkumun saxta şəxsiyyət vəsiqəsini təkcə sosial mediada istifadə etmədiyini də aşkar edib. O, son iki ildə istifadə etdiyi saxta ad altında yeddi kitab yazıb, internet üzərindən onları satıb və Adanadan Bursaya qədər bir çox bölgələrdə yerləşən hotellərdə konfranslar və imza günləri təşkil edib. Sosial mediada xeyli sayda izləyici kütləsi toplayan məhkumun 2021-ci ildə cinayət işlərinin istintaqının tamamlandığı və Ali Məhkəmənin də verilən cəzanı təsdiqlədiyi məlum olub.
Şübhəlinin Seyhan rayonunun Gülbahçesi məhəlləsindəki bir villada gizləndiyi müəyyən edilib və orada saxlanılıb. Villada axtarışlar zamanı 1 123 narkotik həbi, dəqiq tərəzi, 240 avro, 1 780 funt sterlinq, 34 100 lirə və çox sayda rəqəmsal material ələ keçirilib.
Şübhəli mtbuat nümayəndələrinə ona böhtan atıldığını iddia edib.
"Utanmalı olan mən deyiləm. Mənə qarşı atılan böhtanlar həqiqət yolundan dönməyimiz üçündür. Biz Rəbbimizə təvəkkül etmişik", - deyə o bildirib.
O, müvafiq prosedurlardan sonra həbsxanaya göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















