Türkiyədə 36 yaşlı memar qadın itkin düşüb Video+Fotolar
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə 36 yaşlı landşaft memarı Ece Gürel itkin düşüb.
Axşam.az xəbər verir ki, o, martın 2-si Kağıthane Gültəpə məhəlləsindəki evindən çıxaraq Belqrad meşələrinə gedəcəyini deyib. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Hadisə ilə bağlı danışan memarın həyat yoldaşı Sezer Gürel bildirib ki, Ecenin işdə bəzi problemləri olub və çıxmaq barısində düşünüb.
Ötən gün axtarışlar zamanı Gürelə aid olduğu ehtimal edilən çanta, palto və mobil telefon tapılıb.
Hazırda Belqrad meşələrində başladılan axtarış işləri davam edir.
Bundan başqa, sosial mediada Eceyə məxsus əşyaların tapıldığı görüntülər müzakirə yaradıb. Belə ki, axtarış-xilasetmə işçiləri memara məxsus əşyalara əlcək taxmadan toxunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Mart 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















