Icma.az
close
up
RU
Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb Foto

Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb Foto

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.
İlk dərs günü keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlik əməkdaşları və kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Türkiyədə milli mədəniyyətimizi, tariximizi, dilimizin təbliği məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını bildirib.
O, Mərkəz tərəfindən ana dilimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyini, dilimizin tədrisinin qardaş ölkədə maraqla qarşılandığını söyləyib. Samir Abbasov məhz bu marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində Azərbaycan dilinin Tədrisi ocağının yaradıldığını söyləyib. O, dərslərin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmayacağını, eyni zamanda Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını, müxtəlif mədəniyyət proqramları və görüşlərlə zənginləşdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Qazi Universitetində açılmış Azərbaycan Dilinin Tədrisi Ocağının Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yenidən qurulduğunu, ocaqda Azərbaycan türkcəsinin tədrisi ilə yanaşı, Azərbaycana, dövlət rəmzlərinə dair guşələr və mini kitabxana da yaradılıb.
Daha sonra Ankaradakı səfirliyimizin humanitar məsələlər üzrə birinci katibi İslam Quliyev çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyədə milli mədəniyyətimiz, tariximiz, ana dilimizin təbliği ilə bağlı həyata keçirdiyi layihələr haqqında danışmış, yeni ocağın ana dilimizi öyrənməklə yanaşı, qardaş ölkənin gənclərinin tariximiz, ədəbiyyatımız və ölkəmizə dair daha çox məlumat almağa imkan yaradacağına ümid etdiyini bildirib.
Diplomat yaradılan dil kurslarında Türkiyədəki tələbələrlə yanaşı, bütün kateqoriyalı insanların iştirak etməsi və dərslərdə müasir informasiya texnologiyalarının tətbiqinin yüksək dəyərləndirib.
Azərbaycan Türkcəsinin Tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova Tədris Ocağının Türkiyədə Azərbaycan türkcəsinin, ana dilimizin tələbələrə öyrədilməsi ilə bağlı əsas tələbləri və şərtləri açıqlayıb. O, həftədə üç dəfə keçiriləcək dərslər üçün dərslik və metodik vəsaitlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcəyini söyləyib.
Daha sonra tələbələrin sualları cavablandırılıb və dərslərə start verilib.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Mart 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri