Icma.az
close
up
RU
Türkiyədə Azərbaycana qarşı gizli fəaliyyətin arxasında onlar dayanır: İnanılmaz faktlar SENSASİON MÜSAHİBƏ

Türkiyədə Azərbaycana qarşı gizli fəaliyyətin arxasında onlar dayanır: İnanılmaz faktlar SENSASİON MÜSAHİBƏ

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Globalinfo.az Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgünlə müsahibəni təqdim edir:

– Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana qarşı kampaniya aparılması iki ölkədə geniş müzakirələrə səbəb oldu. Bu mövzu haqda “Facebook” hesabınızda maraqlı bir paylaşım etmisiniz. Sitat: “Türkiyədə xarici kəşfiyyat orqanları tərəfindən idarə olunan xeyli sayda erməni, yəhudi və yunan var. Bunların bəzilərini uşaq ikən aşkarlayıb böyüdür, dövlət daxilində mühüm vəzifələrə təyin etdikdən sonra öz istəklərini yerinə yetirmələrini istəyir. Kəşfiyyat termini ilə bunlara “barama” deyilir. Bu “baramalar”ın bir qismi Azərbaycanın Qarabağı işğaldan azad etməsi zamanı ortaya çıxmışdı. Bu gün də həmin “baramalar” Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fitnəçi fəaliyyətlə məşğuldurlar”. Bu fikirlərinizi bir az da açmanız yaxşı olardı…

– Türklərin ən mühüm xüsusiyyətlərindən biri dövlətqurma qabiliyyətidir. Bu səbəbdən onlar kimliklərini gizlətmir və kripto (görünməz, siyasi əqidəsini gizlədən şəxs, -red) fəaliyyətlə məşğul olmurlar. Lakin qurduqları dövlətlərdə həmişə şifrələnmiş quruluşların gizli fəaliyyətləri ilə üzləşirlər. Türklər dövlətlərini türk milləti üzərində qurduqları üçün dövləti ələ keçirib öz maraqlarına uyğun idarə etmək istəyən bu quruluşlar həmin ölkənin milli strukturları daxilində möhkəmlənməkdə ustadırlar.

– Selçuk bəy, siz orada pakraduni erməniləri barədə danışmısınız. Onlar barədə qısa məlumat verərdiniz.

– Pakradunilər yəhudi imperiyasının sonlarından (e.ə. 7-ci əsr) 20-ci əsrə qədər mövcud olmuş erməni-yəhudi qarışığı xalqdır. Eğində, Ərzurumla Sivas arasında, Mərmərə dənizinin Avropa hissəsində və İstanbulun Hasköy səmtində yaşadıqları bilinən pakradunilər yəhudi kimliklərini də qoruyub saxladıqları üçün Portuqaliya maranoları, Selanikli dönmələr və İranlı kriptolar kimi yəhudi mənşəli icmalardandırlar.

– Onların arxasında hansı xarici qüvvələr dayanır?

– Hazırda pakradunilər ən çox Fransa, İsrail, İngiltərə, ABŞ və Vatikandan dəstək alırlar. Qondarma erməni soyqırımını gündəmdə saxlamaq üçün davamlı səylər və bununla bağlı aparılan işlər pakradunilər tərəfindən planlaşdırılan fəaliyyətin bir hissəsidir.

– Bəhs etdiyiniz “baramalar” nə qədər təhlükəlidir? Sizcə, Türkiyə kəşfiyyat xidməti onlara nəzarət edirmi?

– Türkiyə dövləti 100 illik dövlət deyil; müasir Türkiyə 2500 illik ənənənin davamıdır. Özü üçün təhlükə yaradan bütün strukturları tanıyır və “barama qurdu” qabığından çıxdığı anda cəzasını alır.

– Sizin sözlərinizə görə, onlar hazırda Fələstin məsələsi üzərindən hər cür xaos yaratmağa çalışırlar və məqsədləri Türkiyəni müharibəyə sürükləməkdir. Selçuk bey, bu fikrinizi bir az açardınız.

– Düşmənlər bəzən sizi öz oyunlarına cəlb etmək üçün müxtəlif hiylələrdən istifadə edir, əsəblərinizi yoxlamaq üçün qəsdən sizə hücum edirlər. Bu işdə Böyük Britaniya mərkəzli Qərb xüsusilə mahirdir. Bu hücumlar gizli müdafiə texnologiyalarınızı üzə çıxarmaq məqsədi daşıyır. Türkiyə hələ də bu sahədə gizli fəaliyyət göstərməyə və gizli qalmağa məcburdur. Türkiyə bunu bəlli etməsə də müdafiə texnologiyalarında düşünüldüyündən daha irəlidədir. Amma bu belə bizi hədəfə alan ölkələrlə müqayisədə kifayət deyil. Həm də onlar bizim texnologiyamızdan deyil, ordu-millət quruluşumuzdan çəkinirlər. Bilirlər ki, üzməyi bilmirsənsə, bu bölgəyə gərək heç vaxt girməyəsən. Türkiyəni illərdir terror kimi ünsürlərlə, Ermənistan və Yunanıstan kimi qondarma dövlətlərlə sınayıblar, amma heç bir nəticə əldə etməyiblər. Türkiyə ABŞ mərkəzli Qərbin Böyük Yaxın Şərq Layihəsinin (Böyük Orta Doğu Projesi-red.) son xəttidir. Onlar bu bölgədə türk milləti mərkəzli dövlət quruluşu istəmirlər. İsrail Böyük Yaxın Şərq Layihəsində ən böyük piyadadır. Erməni yəhudilərinin isə bu bölgədə yenidən meydana çıxmaqları üçün bu gücə ehtiyacı var. Ona görə də Böyük Yaxın Şərq Layihəsinin reallaşması üçün Türkiyə müharibə ilə sınaqdan keçirilməlidir. İndi Türkiyənin İsraillə müharibəyə məcbur edilməsinə bir də bu prizmadan baxın. Bunu İrana qarşı etdilər. İki hücumla hər şeyini deşifrə etdilər. Rusiyanı Ukrayna ilə savaşa sürüklədilər. Təbii ki, növbə Türkiyənindir. Türkiyə onsuz da həmişə hədəf olub. Türkiyəni sınaqdan keçirməyə davam edirlər. Bu mübarək ölkəyə o qədər dua oxunub ki, bütün bacarıqsızlığımıza baxmayaraq, dik durur. Ölkəmizi sınaqdan keçirənlər bir şeyi unudurlar: biz də onları sınaqdan keçiririk… Ölkəmizi parçalamaq arzusunda olanlar onun genişlənməsinin şahidi olacaqlar. Biz İsraillə əsla müharibə etmək istəmirik və hər bir ağıllı yəhudi türklərlə müharibənin nə demək olduğunu yaxşı bilir. Biz Fələstinə humanitar yardımı müharibə aparmadan göstərəcək dövlət təfəkkürünə sahibik. Çünki biz böyük planı yaxşı bilirik.

– Türkiyə və Azərbaycan Ermənistanla danışıqlar prosesini paralel davam etdirərək koordinasiyalı addımlar atır. Hazırda Azərbaycan-Ermənistan yekun sülh müqaviləsinin imzalanması, həmçinin Türkiyə-Ermənistan normallaşması istiqamətində konkret addımlar atılır. Bu kripto fəaliyyətlər niyə indi artıb?


Selçuk Düzgün

– Sualınıza aydın cavab vermək üçün qısaca olaraq danışıqlar prosesinə toxunaq. Mövzu Zəngəzur idi. Bildiyimiz kimi, Zəngəzur 1920-ci illərdə Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsmək məqsədilə Sovet İttifaqı tərəfindən Ermənistana birləşdirilib. Bu, həm də Azərbaycanın Türkiyə ilə əlaqəsini kəsmək demək idi. Ancaq Atatürk Azərbaycanla əlaqəmiz kəsilməsin deyə Naxçıvan sərhədini pul müqabilində almışdı. Fikrimcə, bu dəhliz 44 günlük müharibənin ən mühüm qazanclarından biri idi. Hesab edirəm ki, Azərbaycan ABŞ-da diplomatik uğur əldə edib. Etiraf etsək də, etməsək də, ABŞ dünyanın 800-dən çox bölgəsində hərbi mövcudluğu ilə bu gün ən güclü ölkədir. Bu baxımdan, Azərbaycan 100 ildən sonra ilk dəfə sülh müqaviləsini bu ölkənin zəmanəti altında imzaladı:

-İlk dəfə Ermənistanla davamlı bir müqavilə bağladı və üstünlüyünü qəbul etdirdi;

-İranın qırmızı xəttini kəsib atdı;

-İran-Ermənistan-Rusiya üçlüyünün bundan sonra bir araya gəlməsi çətindir.

Başqa sözlə, Azərbaycan “qazan-qazan” strategiyasını uğurla həyata keçirdi, iki alıb bir verdi. Verdiyi də Zəngəzur dəhlizini 99 il müddətinə icarəyə verməsidir. Yəni buradan faydalanan da ABŞ oldu. Yeri gəlmişkən, ABŞ-ı regiona dəvət edən Azərbaycan deyil, Ermənistandır. Ukrayna müharibəsində ciddi hərbi və iqtisadi itkilər verən Rusiya Qafqazda rus hegemonluğunda boşluqlar tapıb buraya girən ABŞ-a mane ola bilmədi. Bəs, burada ABŞ-ın Zəngəzurla bağlı addımının səbəbi nədir? ABŞ Qafqaza ayaq basmaqla Çin dövlətinin Mərkəzi Asiyadan keçməklə Avropa ilə Asiya arasında həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinin qarşısını almaq istəyir. Bu vəziyyətdə, fillər döyüşərkən, çəmənlər əzilməmək üçün ən yaxşı variantları axtarırlar. Beləliklə, böyük tablo Çin-ABŞ rəqabətidir. Hazırda bu rəqabətdən ən çox yararlanan ölkə Azərbaycandır. Millət və dövlət olaraq bu müqaviləni imzalayıb və bu siyasi yol xəritəsi ilə yoluna davam edir və biz buna hörmət edirik. Azərbaycanın müharibədə əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanınması olduqca müsbət haldır.

– Yuxarıda qeyd etdiyiniz qüvvələrin məqsədi bu prosesin irəliləməsinə mane olmaq ola bilərmi?

– Türkiyədə əlinin altında klaviatura ya məlumatsızlıqdan, ya da İrana xidmət etdiyi üçün Azərbaycanın imzaladığı protokolu “xəyanət” cümlələri ilə mühakimə edənlər var. Onlara demək istərdim, siz ki Azərbaycanı ABŞ-ın istədiyini etməkdə ittiham edirsiniz, bu gün ABŞ-ın ölkəmizdə 40-a yaxın hərbi bazası var və təkcə İncirlik Hərbi Hava Bazası ilə hər yerə nəzarət edə bilir. Mən hələ NATO-nun yerləşdirilməsini saymıram. Yəni Türkiyə başdan ayağa ABŞ-ın dəhlizinə çevrilib, siz isə öz varlığını dünyaya rəsmən təsdiq etdirən müqaviləyə görə qardaş ölkəmizi yerdən-yerə vurursunuz. Bunun səbəbi cəhalət deyilsə, başqa bir şeydir.

ABŞ-ın Türkiyədə az qalsın 40-dan çox bazası var, amma Türkiyənin ABŞ-da bir dənə bazası yoxdur. Biz Marşal yardımı sayəsində sağ qalmış xalqıq. 30 il əvvəl Qarabağda döyüşəcək ordusu olmadığı üçün soyqırıma məruz qalan Azərbaycan türklərinin bugünkü vəziyyətini tənqid etməzdən əvvəl, sahib çıxmaq lazımdır. Biz bir-birimizi bilirsiniz nə vaxt tənqid edə bilərik? ABŞ-da hərbi bazamız olanda. Unutmayın! Millətin qəlbində ideallar yaşayır və o qəlbin tədricən oyanmasının dərmanı zamandır. Bu gün türk dövlətləri çatışmazlıqlara baxmayaraq, iki addım irəli, bir addım geri, müqəddəs hədəfə doğru irəliləyirlər. Çünki bu, vahid bir millətin hədəfidir. Bəli, Azərbaycan bizim can dövlətimizdir və onun qərarına hörmət etmək millətimizə olan inamımızdan irəli gəlir. Bütün bunlar Azərbaycan prezidentinin və onun siyasi iradəsinin uğurudur və bu uğur uzun illər hər iki ölkəmiz tərəfindən planlı və proqramlı şəkildə davam etdiriləcək. Qeyd etdiyim “baramalar” buna mane ola bilməz; əksinə, bu prosesi sürətləndirirlər.

– Azərbaycan-Türkiyə münasibətləri və Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələrinin münasibətləri tarixi zirvəsini yaşayır. Hər il türk dövlətləri oktyabrın 3-də TDT-nin yaranmasını, “Türk Dünyası Günü”nü qeyd edir. Türkiyədə Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası bir daha göstərdi ki, 5-ci kolon ayıq-sayıqdır və fürsət yaranan kimi, türk dünyasına qarşı fəaliyyətlərini aktivləşdirirlər. Necə ki, indi İsrail mövzusunu alət edərək Türkiyə cəmiyyəti içində Azərbaycana qarşı fikir formalaşdırmağa çalışırlar. Bu barədə nə düşünürsüz?

– İran və Türkiyədəki irancılar Qəzzadakı humanitar vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Azərbaycana qarşı hücumların arxasında məhz bu düşüncə dayanır. HƏMAS-ı silahlandıran, hücum planlarını hazırlayan və indiyə qədər də onu tək qoyan İran… HƏMAS-ın fəaliyyətindən ən çox faydalanan da İrandır. İndi nə edirlər? Bütün bu alçaq hərəkətlərdən sonra Azərbaycanı İsrailə neft satmaqda ittiham edirlər. Türkiyədə də islami və humanitar həssaslığı olanlar arasında bunun üzərindən təbliğat aparırlar. Bu məlumatları sosial mediada, yenə kripto hesablardan və tamamilə yalandan təqdim edirlər. Məsələn, Azərbaycanın neft ixracında İsrailin payı 6-7% civarındadır. Azərbaycan neftinin əsas müştərisi İtaliyadır və neft ixracının 40%-dən çoxu onun payına düşür. Bundan əlavə, neft bir əmtəədir. Azərbaycan satmasa, İsrail neftsiz qalmayacaq. Məsələn, Çin Azərbaycandan alıb İsrailə sata bilər… İran Qafqazda uduzduğu müharibənin qisasını təbliğat yolu ilə Azərbaycandan almağa çalışır. Qatil ermənilərin məğlubiyyəti əli qanlı mollaları pərişan etdi. Qəzza məsələsinə sırf humanitar prizmadan baxılmalıdır. Bu, İsrail və İranın yaratdığı humanitar fəlakətdir. İran təbliğatını ciddi qəbul etmədən, bunlara aldanmadan atəşkəs və humanitar yardıma diqqət yetirmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev də ardıcıl olaraq bu mövqedən çıxış edir.

– Bu mənfi təbliğatı niyə aparırlar, məqsəd nədir?

– Bu kriptolar yaxşı bilirlər ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər sadəcə dövlətlərarası münasibətlər deyil. Bu iki ölkə arasında münasibət emosional bağdan ibarətdir və ona görə də bu əlaqəni kəsməyin yolu xalqlar arasında nifaq salmaqdan keçir. Bunu etməyə çalışan bu beyinlər bir vaxtlar “hamımız erməniyik” deyə qışqıran həmin beyinlərdir.

– Bu kimi halların təkrarlanmaması üçün Türkiyədə hansı tədbirlər görülməlidir?

Bütün bu fəaliyyətlərin qarşısını tam almağın yolu yoxdur – çünki nə qədər ki, dünya fırlanır, onlar öz işlərini görəcəklər. Amma biz vəzifəmizi daha yaxşı yerinə yetirməyə davam edəcəyik. Hər şeydən əvvəl, biz bundan sonra da millət sevgisi ilə bir-birimizi qucaqlayacağıq və ölkələrimiz naminə daha çox diaspor fəaliyyəti ilə məşğul olacağıq. Prezidentimiz Əliyev nə demişdi: “Bir millətin iki diasporu olmaz”. Bəli, olmamalıdır. Burada ən böyük məsuliyyət də sizin və bizim üzərimizə düşür. Fürsətdən istifadə edərək, iki ölkəmizə və xalqlarımıza töhfə vermək üçün bu imkanı mənə yaratdığınıza görə sizə təşəkkür edirəm.

– Biz də sizə təşəkkür edirik.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri