Icma.az
close
up
RU
“Aİ də Azərbaycana qarşı fəaliyyətin arxasında korrupsiya amili dayanır” Deputat

“Aİ də Azərbaycana qarşı fəaliyyətin arxasında korrupsiya amili dayanır” Deputat

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Avropa İttifaqının fəaliyyətində korrupsiyanın izləri danılmazdır. Onlar zəngin erməni lobbisi tərəfindən maliyyələşdirilir və ifadə etdikləri fikirlər məhz erməni lobbisinin fikirləri və istəkləridir. Məqsəd ondan ibarətdir ki, münaqişə bitməsin, Ermənistan hər zaman problemlərlə üzləşsin, bunlar da öz fəaliyyətlərini davam etdirməyə bir səbəb tapsınlar. Avropa İttifaqı da onların istəklərini müvafiq sənədlərlə ifadə edir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə Aİ-Ermənistan strateji tərəfdaşlıq gündəliyi və Avropa Parlamentində Azərbaycanda insan haqlarına dair təşkil edilən dinləmələrlə bağlı danışarkən deyib.   

Deputat xatırladıb ki, dəfələrlə Aİ-də, Avropa Parlamentində, Avropa Şurasında müəyyən korrupsiya qalmaqaları olub, korrupsiyanın mövcudluğu ifşa edilib. İndi Azərbaycana qarşı qəbul olunan bütün sənədlərin arxasında da məhz korrupsiya amili dayanır. 

“Azərbaycan Avropa İttifaqı üçün daha əhəmiyyətli tərəfdaşdır, amma bu amili ona görə nəzərə almırlar ki, qurumda konkret şəxsi maraqlar Aİ-nin maraqlarını üstələyir. Korrupsiya maraqları Avropa maraqlarından, dəyərlərindən dəfələrlə üstündür. Bəli, Azərbaycan, ölkəmizin həyata keçirdiyi layihələr Avropa ölkələri, Avropa İttifaqı üçün çox önəmlidir, amma korrupsionerlər üçün erməni diasporundan alınan maliyyə daha önəmlidir, nəinki Avropa dəyərləri. Onların dəyərləri yoxdur, onların dəyərləri odur ki, imkan daxilində nəyi sata bilirlərsə, satsınlardır”. 

AP-də Azərbaycana dair insan haqları il bağlı dinləmələrə gəlincə, A.Mollazadə vurğulayıb ki, bunda da məqsəd eynidir: 

“Biz eyni siyasəti, eyni oyunları görürük. Aİ-nin müşahidə missiyası regionda qalmağa davam edir, bu, əlbəttə ki, proseslərə mənfi təsir göstərir. Məqsəd isə məhz gərginliyin artırılmasıdır. Yenə də qayıdırıq bundan əvvəl dediyim sözlərə və fikrilərə”. 

Aİ və AP-nin addımlarının sülh prosesinə təsirinə gəlincə, deputat bildirib ki, onlar çox səs çıxarsalar da, əslində zəifdirlər. ABŞ ilə rəqabətdə demək olar ki, mövcud deyillər. Onların təsir imkanları, əməkdaşlığı Rusiya ilə, İranla erməni lobbisinin pulları ilə  bağlıdır, amma real siyasətdə və real işlərdə imkanları çox məhduddur”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri