Türkiyədə Benizin keçmiş ərinin cəsədi tapıldı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb.
Axar.az Unikal-a istinadən xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb.
Belə ki, cəsəd bir həftə ərzində evdə qalıb. Cəsədin qoxusu yaşayış binasının blokuna yayılıb və qonşular polisə müraciət ediblər.
İstanbul polisi qapını açaraq azərbaycanlı iş adamının cansız bədənini aşkar edib. Eyni zamanda mənzilin hər yerində qan izlərinin olduğu müəyyənləşib.
Ən maraqlısı isə odur ki, həmin evdə iş adamının bacısı çarpayıda yatmış vəziyyətdə olub və bir həftə ərzində eyni evdə qalıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.
Həmin qadın evdən çıxarılaraq təcili tibbi yardım müəssisəsinə yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.
Digər əldə etdiyimiz məlumata görə, azərbaycanlı iş adamı Bəniz ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 11 Avqust 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















