Türkiyədə fond böhranı: Milyardlıq satış iddiası
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə fond bazarında yaşanan böhranla yanaşı bəzi nüfuzlu şəxslərin böhrandan əvvəl maliyyə əməliyyatları həyata keçirməsi ilə bağlı iddialar səslənib.
Milli.Az xəbər verir ki, bəzi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçilərinin böhran başlamazdan əvvəl daxili məlumat əldə edərək vəsaitlərini fondlardan çıxardıqlar iddia edilir. Bildirilir ki, dövlət zərər çəkmiş kiçik investorları dəstəkləmək məqsədilə 1 milyon lirəyədək aralıq ödənişlər edib.
İddiaların fonunda Türkiyənin Xəzinə və maliyyə nazirinin müavini Osman Çelik istefa verib. Onun kürəkəni İskender Balcı 2 oktyabr 2026-cı ildə həbs olunub. Balcının İdarə Heyətinin üzvü olduğu "Özata Denizcilik" şirkəti və AKP sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı da şübhəli maliyyə əməliyyatları iddiaları səsləndirilib.
İddialara görə, böhrandan cəmi bir neçə gün əvvəl 1 milyard lirədən çox vəsait əldə etməklə səhmlərin satışı həyata keçirilib.
Fond böhranının idarə edilməsində dövlət nəzarətinin zəifliyi və iri investorların kiçik investorlarla müqayisədə daha əlverişli şəraitdə qorunması barədə müzakirələr genişlənib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Oktyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















