Icma.az
close
up
RU
Türkiyədə gizli görüş Moskvanın 3 şərti qəbul edilə bilər

Türkiyədə gizli görüş Moskvanın 3 şərti qəbul edilə bilər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya mətbuatında İstanbuldakı diplomatik mənbəyə istinadla yayılan məlumatlar müzakirələrə səbəb olub. İddialara görə, Moskva və Kiyev arasında pərdəarxası danışıqlar aparılır.

Hətta iki ölkənin nümayəndə heyətinin yeni rəsmi görüş yerini müzakirə etdikləri bildirilir. Xüsusilə mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk dəfə danışıqların baş tutması fonunda bu məlumat maraqla qarşılanıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Rusiya hazırda Ukrayna ərazilərini işğal altında saxlamağa və Kiyevi ərazi güzəştlərinə məcbur etməyə çalışır:

“ABŞ administrasiyası üçün isə prioritet Çinlə ticari savaş və bu istiqamətdə Vaşinqtonun maraqlarına cavab verən zəminin formalaşdırılmasıdır. Eyni zamanda, Rusiyanın Ukrayna və Avropa İttifaqı üçün (Aİ) təhdid faktoru kimi qalması ABŞ Prezidenti Donald Trampın maraqlarına cavab verir. Çünki Tramp, Avropa İttifaqına təzyiq göstərməklə onun ABŞ-ın vassalı olaraq saxlanılmasını istəyir.

Paralel olaraq isə Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində siyasət yürüdür və çalışır ki, Moskva Vaşinqtonun Pekinlə apardığı ticarət müharibəsində qarşı tərəfdə yer almasın”.


Əli Zülfüqaroğlu

Ekspertin sözlərinə görə, Ağ Ev Ukrayna ilə bağlı prosesdə artıq öz maraqlarını təmin edib:

“Rusiya isə qalıcı atəşkəsə nail olmaq, Ukraynanın silahlandırılmasını dayandırmaq və onu ərazi güzəştlərinə getməyə məcbur etmək kimi maksimalist mövqe sərgiləyir. Bu yanaşma vəziyyəti daha da gərginləşdirir, lakin mövcud reallıqlar fonunda Ukraynanın müəyyən ərazilərdən imtina etməsi və Rusiyanın bu ərazilərdəki nəzarətinin de-fakto tanınması ehtimalı yüksəkdir.

Hesab edirəm ki, reallıq belədir və bu mənzərənin dəyişməsi mövcud geosiyasi proseslər fonunda mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 04:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri