Icma.az
close
up
RU
Türkiyədə kütləvi aksiyalar: nəticə nə ola bilər? Türk ekspert

Türkiyədə kütləvi aksiyalar: nəticə nə ola bilər? Türk ekspert

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə küçə nümayişləri ilə iqtidarın dəyişdirilməsinin çətin olduğu ölkələrdən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında türk politoloq Həsən Oqtay İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun terror təşkilatı ilə ılaqə və korrupsiya ittihamları ilə saxlanılmasına görə Türkiyənin böyük şəhərlərində keçirilən etirazları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Əkrəm İmamoğlunun prezident seçilmək şansı kifayət qədər aşağıdır:

“2028-ci il seçkiləri üçün Əkrəm İmamoğlunun CHP-nin namizədi olmağa çalışması siyasi gündəmin əsas mövzularındandır. Lakin prezident seçkilərində qalib gəlmək üçün 50+1 səs lazımdır. Bu baxımdan İmamoğlunun yalnız CHP-nin namizədi kimi qalib gəlməsi çətindir. Türkiyədə seçicilərin 70%-i milliyyətçi və mühafizəkar, 30%-i isə sosial-demokrat və marksist baxışlıdır. Bu vəziyyətdə İmamoğlunun təkcə CHP namizədi kimi seçilmə şansı yoxdur”.

Politoloq vurğulayıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsi seçkilərində 2 dəfə qalib gələn İmamoğlu bu uğurunu prezidentlik yarışında istifadə etməyə çalışır:

“O, əlindəki iqtisadi güc və media vasitələri ilə özünü yaxşı tanıtmağı bacarıb. Lakin Türkiyə yalnız İstanbuldan ibarət deyil”.

H.Oqtay həmçinin beynəlxalq ictimaiyyətin İmamoğlunun lehinə mövqe tuta biləcəyini qeyd edib:

“Türkiyədə demokratiya və insan haqları ilə bağlı beynəlxalq tənqidlər artır. Xüsusilə, Avropa Birliyi ilə əlaqələrin normallaşmağa başladığı bir dövrdə bu cür siyasi gərginliklər ölkənin imicinə təsir edə bilər”.

Qeyd edək ki, 19 martda Əkrəm İmamoğlu saxlanılıb və bunun ardınca qardaş ölkədə İBB başqanının azadlığı tələbi ilə aksiyalar keçirilir. Etirazlar 2013-cü ildəki “Gəzi Parkı” hadisələrindən sonra ən böyük kütləvi aksiyalar kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri