Türkiyədə məktəbə hücumun qarşısı alındı
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonundakı orta məktəblərdən birinə qarşı hücumun qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxs məktəbə gələrək özünü valideyn kimi təqdim edib. O, bıçaqla müəllimə hücum etməyə çalışıb: "Bu gün Siverekdəki Dumlupınar Orta Məktəbinə gələrək, şagirdin valideyni olduğunu iddia edən və şübhəli davranış nümayiş etdirən bir şəxs məktəbdə olan polis əməkdaşlarımız tərəfindən tutulub".
Qeyd edək ki, aprel ayının 14-də Siverek rayonunda Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində silahlı insident baş verib. Hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu həyata keçirən şəxs hadisə yerində intihar edib.
Bir gün sonra isə Kahramanmaraşda Ayser Çalık Orta Məktəbinə edilən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib, 6-sı ağır olmaqla 13 nəfər yaralanıb. Hadisəni törədən 14 yaşlı İsa Aras Mersinli də hadisə yerində intihar edib.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















