Türkiyədə məşhur Çox Gözəl Hərəkətlər Bunlar proqramının tanınmış aktyoru Metin Keçeci maddi çətinliklərlə üzləşib. Bir vaxtlar milyonları güldürən sənətçi bu
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə məşhur "Çox Gözəl Hərəkətlər Bunlar" proqramının tanınmış aktyoru Metin Keçeci maddi çətinliklərlə üzləşib. Bir vaxtlar milyonları güldürən sənətçi bu dəfə küçədə karton topladığı anlarla gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, sosial şəbəkələrdə yayılan görüntülər sənət aləmində böyük səs-küyə səbəb olub. Aktyorun uzun müddətdir heç bir layihədə yer almadığı, keçmişdə icralıq olduğunu və dostlarının ona arxa çevirdiyini söylədiyi bildirilir.
Keçeci bir müddət əvvəl verdiyi müsahibədə "Evimi boşaltmaq məcburiyyətində qaldım, artıq dözə bilmirəm. Bir vaxtlar eyni masada oturduğum dostlarım indi zənglərimə cavab vermir" sözlərini demişdi.
Qeyd edək ki, son vaxtlar TRT 1-də yayımlanan "Vefa Sultan" serialında rol alsa da, aktyorun küçədə karton toplarkən çəkilən yeni görüntüləri sosial mediada həm təəssüf, həm də dəstək mesajları ilə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 12 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















