Türkiyədə Nazirlər Kabineti doqquz il sonra köhnə məkanda toplanır
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Noyabrın 10-da Türkiyənin Nazirlər Kabinetinin toplantısı keçiriləcək.
Moderator.az bu barədə Haber Global-a istinadən məlumat verir.
Məlumata görə, iclas ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.
Toplantı doqquz illik fasilədən sonra yenidən Çankayadakı prezident iqamətgahında keçiriləcək. Toplantıda ABŞ-dəki prezident seçkisinin Türkiyə və bölgəyə təsirləri qiymətləndiriləcək.

