Icma.az
close
up
RU
Türkiyədə oxuyan tələbələrə problem yaradılır: Niyə?

Türkiyədə oxuyan tələbələrə problem yaradılır: Niyə?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə dövlət universitetində təhsil alan yüzlərlə azərbaycanlı tələbələr Azərbaycandakı ali məktəblərə köçürülmək üçün Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) müraciət ediblər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi onların müraciətini rədd edərək qeyd edib ki, tələbə ümumilikdə 4 semestrdə 120 kredit (Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir) toplamalı olduğu halda, yalnız 110 kredit toplayıb. Bunların ikidə birini keçsə belə, nəyə görə 120 yox, 110 kredit dərs alıblar. Qeyd edək ki, bununla bağı redaksiyamıza daxil olan müraciətdə isə belə deyilir:

“Tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənddə açıq şəkildə gösərilir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil.Bundan əlavə, tələbələrə başqa bir əsassız rədd cavabı da təqdim olunub. Belə ki, əksər tələbələr 2023-cü ildə Türkiyənin dövlət universitetlərinin təşkil etdiyi TR-YÖS (Türkiyə Yabancı Öğrenci Sınavı) imtahanında yüksək nəticə göstərərək qəbul olunmuşdular.

Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunur. Lakin həmin tələbələr imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl - 2023-cü ildə vermişdi. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. EATDA isə bu faktı nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib”. 

Bu proseslərdə Agentliyin qərarı  nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, Türkiyənin dövlət universitetlərində təhsil alan yüzlərlə azərbaycanlı tələbənin Azərbaycana köçürülmə cəhdlərinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müxtəlif formal səbəblərlə rədd edilməsi, təhsilin beynəlxalq prinsiplərinə, milli qanunvericiliyə və insan hüquqlarına zidd yanaşmanın sistemləşdiyini göstərir:

“Hüquqi sənədlərin ya səhv şərhi, ya da bilərəkdən nəzərə alınmaması, bir neçə bəndlik normativin arxasında gizlənərək yüzlərlə gəncin gələcəyi ilə oynanması nə hüquq mədəniyyətinə, nə də pedaqoji etika anlayışına sığmır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu qərarları ilə açıq şəkildə vətəndaşın təhsil hüququnu pozur və Azərbaycan təhsil sisteminə qayıtmaq istəyən tələbələrə qarşı süni baryer yaradır. Nazirlər Kabinetinin 25 fevral 2010-cu il tarixli 34 nömrəli qərarına əsasən, ali təhsil pilləsində təhsil alan tələbənin digər ali məktəbə köçürülməsi məsələsi tənzimlənir. 

Bu qərarın 3.2.2 bəndi konkret şəkildə bildirir ki, “tələbənin akademik borcu olduqda onun topladığı kreditin normadan az olması, köçürülmə hüququnu məhdudlaşdırmır”.

Bu norma hüquqi cəhətdən mübahisəsizdir və tələbənin kredit yükü 120 deyil, 110 olsa belə, əgər akademik borcu varsa, bu köçürülməsinə mane olmamalıdır. Lakin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu normanı nəzərə almadan fərdi və qeyri-rəsmi yozumlarla hüquqi qərarların əleyhinə çıxır. 

Halbuki hüquqi dövlətdə inzibati orqanlar hüquq yaradan deyil, hüquqa tabe olan funksiyaya sahibdir”.Onun sözlərinə görə, digər ciddi qanun pozuntusu isə YÖS nəticələrinin tanınmaması ilə bağlıdır:

“2023-cü ildə müxtəlif Türkiyə universitetlərinin keçirdiyi YÖS imtahanında iştirak edən və uğur qazanan azərbaycanlı tələbələrə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bildirilir ki, yalnız TR-YÖS imtahanı etibarlıdır.

Halbuki TR-YÖS imtahanına dair qərar yalnız 2023-cü ilin dekabrında qəbul edilib və Türkiyə Ali Təhsil Şurası (YÖK) rəsmi şəkildə açıqlayıb ki, yeni sistem 2024-cü ildən tətbiq olunacaq.Bu halda 2023-cü ildə verilmiş imtahan nəticələrini etibarsız saymaq, hüquqi baxımdan “qanunun geriyə tətbiqi” prinsipinin kobud pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VIII bəndində qeyd edilir: 

“Qanun və digər normativ hüquqi aktlar geriyə şamil edilmir”. 

Belə olan halda, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyin bu qərarı konstitusion prinsiplərə də ziddir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində təhsilalma hüququ bərabərlik, şəffaflıq və səmərəlilik prinsipləri ilə təmin edilməlidir.

Amma faktiki vəziyyət bunun əksini göstərir. Hüquqi baza olmasına baxmayaraq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qərarlarını şəffaf izah etmir, tələbələrə yazılı və əsaslandırılmış cavablar təqdim etmir, apellyasiya mexanizmləri işləmir və nəticədə dövlət qurumu vətəndaşla ünsiyyət deyil, yalnız rədd mexanizmi qurur. 

Statistik məlumatlara əsasən, son iki ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 20 minə yaxınlaşıb. Onlardan hər il yüzlərlə tələbə müxtəlif səbəblərlə – ailə vəziyyəti, maliyyə çətinliyi, təhsil şəraiti və ya şəxsi səbəblərlə, Azərbaycana köçmək istəyir.

Lakin bu tələbələrin əksəriyyəti sistemli və qeyri-obyektiv rədd cavabları ilə qarşılaşır. Bu rəqəm həm də onu göstərir ki, bu artıq fərdi yox, kütləvi hüquq pozuntusudur. Məsələ yalnız bir tələbənin deyil, dövlətin təhsil siyasətinin nə qədər qeyri-səmərəli və çevik olmadığını üzə çıxarır”.

Ekspert qeyd edir ki, dünya təcrübəsində tələbə köçürülməsi prosesi təhsilin mobilliyinin əsas elementi kimi qiymətləndirilir:

“Məsələn, Boloniya prosesinin iştirakçısı olan ölkələr – Almaniya, Fransa, Polşa, İtaliya və digərləri tələbələrin kredit transferi və akademik mobilliyini sadələşdirmək üçün “ECTS” sistemini (European Credit Transfer and Accumulation System ECTS) və vahid akkreditasiya bazalarını qurublar.

Orada əsas prinsip budur: tələbə kreditləri uyğun gəlirsə və motivasiyası əsaslıdırsa, keçidinə şərait yaradılır. Çünki təhsil sistemi insan üçündür. Azərbaycanda isə vəziyyət tərsinədir, insan təhsil sisteminin qurbanına çevrilir.

Elm və Təhsil Nazirliyi bu prosesi ya görmür, ya da görmək istəmir. Nə bu məsələdə ictimai məlumatlandırma işi aparılır, nə də rədd edilmiş tələbələrin hüquqlarını qorumaq üçün alternativ mexanizmlər qurulur. Nazirlik bu məsələni “Agentlik cavab verir” adı altında üzərindən atır.

Halbuki təhsil sahəsində bütün siyasətə və nəzarətə cavabdeh olan əsas qurum nazirliyin özüdür. Bu istiqamətdə nə plan təqdim edilib, nə də təhlil aparılıb. Elm və Təhsil Nazirliyin bu prosesə biganə münasibəti onun funksional passivliyini və strateji düşüncədən uzaq olduğunu göstərir. 

Bu məsələdə dəyişilməli olan ilk şey hüquqa əsaslanan, şəffaf və insani yanaşmadır. Tələbələrin hər bir müraciəti fərdi şəkildə araşdırılmalı, qanuni hüquqları qorunmalı, mexaniki yox, hüquqi qərarlar verilməlidir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə qərarların hazırlanmasında hüquqi bazanı deyil, daxili yanaşmanı əsas götürməməli, özünü hüquqdan üstün saymamalıdır.

Əgər bu sistem dəyişməzsə, nəticədə ölkəsinə qayıtmaq istəyən vətənpərvər, istedadlı gənclər Azərbaycan təhsilindən üz çevirəcək. Bu isə yalnız fərdi taleləri deyil, milli təhsil sistemini də itkilərə aparacaq. Dövlət təhsildə təkcə struktur yox, ədalət də yaratmalıdır. Ədalət yoxdursa, təhsil qurumu yalnız formal diplom verən struktur olaraq qalacaq. Təəssüf ki, bu gün biz o trayektoriyaya doğru irəliləyirik”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Tələbə problem Kamran Əsədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri